Icma.az
close
up
RU
Azərbaycan yeni inkişaf tarixinə qədəm qoyub

Azərbaycan yeni inkişaf tarixinə qədəm qoyub

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

27 sentyabr rəşadətli və müzəffər ordumuzun yenilməz sərkərdəsi, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə beşinci ildir ki, Anım Günü kimi qeyd olunur. Bu sərəncam Azərbaycan Prezidentinin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilmiş torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu, şəhidlərin ruhlarına və onların ailələrinə, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, şəhidlərinin ruhu qarşısında baş əyəcək.

44 günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə azərbaycanlılara, xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə, Avrasiya məkanında ən uzunmüddətli olan Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Bununla da ordumuz XXI əsrin müasir müharibəsinin aparılması taktika və strategiyasını da yaratdı. Hazırda dünyanın ən inkişaf etmiş ölkələri bunu hərbi dərsliklərə salaraq öyrənirlər. Azərbaycan əsgəri isə XXI əsrin bir etalon əsgəri nümunəsini göstərdi.
Eyni zamanda Vətən müharibəsində əldə olunan qələbə ilə erməni təbliğat maşınının 200 il ərzində yaratdığı miflər, "böyük Ermənistan" xülyası, "ermənilərin döyüşkən xalq olduğu" haqqında uydurmaları da param-parça oldu.
Xalqımıza qarşı iki əsr ərzində aparılan bu düşmənçilik siyasətinin tarixi əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən başlayıb. Məlumdur ki, ermənilərin çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərindən etibarən Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən, İrandan və Türkiyədən tarixi torpaqlarımıza, İrəvan xanlıgının ərazisinə köçürülməsi ilə bölgənin etnik-dini tərkibini dəyişdi və xalqımızın gələcək faciələrinin əsasını qoydu. Çox keçmədən ermənilər tərəfindən aborigen xalqa qarşı soyqırımı və deportasiya başlandı. Belə ki, son 200 il ərzində ermənilər dinc azərbaycanlılara qarşı dəfələrlə qətliamlar törədiblər, tarixi ərazilərimizi zəbt ediblər, məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar.
Çar I Nikolayın 1828-ci il martın 21-də, yəni xalqımızın əziz bayramlarından olan Novruz bayramı günündə imzaladığı fərmanla İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış erməni vilayətinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. 62 kəndin isə 14-nün adı erməni mənşəli idi. Çar Rusiyasının məmuru N.Şavrov 1911-ci ildə açıq etiraf edirdi ki, "hazırda Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu yerli əhali deyil. Onlar bu torpaqlara bizim tərəfimizdən köçürülüb".
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qaldı. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulublar. İnsanlara kütləvi şəkildə işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması xatirinə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı ərazilərlə birlikdə ermənilərə güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı. Bu vaxtdan etibarən Rusiyanın hərtərəfli köməyi ilə ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqlarının azərbaycanlılardan təmizlənməsi prosesı daha da sürətləndi, ermənilər köç saldığı ərazilər Azərbaycan torpaqları hesabına şərqə doğru daha da genişləndirildi.
Sovet hakimiyyəti illərində də işğal siyasəti davam etdirilib. 1918-1920-ci illərdə 114 min kvadratkilometr ərazisi olan Azərbaycan sovet dövründə 86 min kvadratkilometrədək kiçildildi.
1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1988-ci ildə isə Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovuldu. Bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri xarici havadarları tərəfindən silahlandırılan erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü (Başlıbel, Ağdaban, Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər və Xocalı qətliamı), yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi və Azərbaycan ərazilərinin 20 faizinın işğalı ilə nəticələndi.
Otuz il ərzində Ermənistan soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuş, işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış, bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2016-cı il Aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayıcı və təxribatçı bəyanatlar vermişlər.
2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri vermişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ədalət bərpa olunmuşdu. 27 sentyabrdan başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı Zəfər qazanılmışdı. Bununla da Azərbaycan son iki yüzillik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. Bu sənəd Ermənistanın hərbi kapitulyasiyasını təsdiqlədi. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Düşmən torpaqlarımızdan qovuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş, regional və qlobal tərəfdaşlıqda özünün stabil mövqeyi ilə seçilən Azərbaycan bundan sonra daha böyük hədəflərə uğurla çatacaq.

Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri