Şəhidlər unudulmur FOTO
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi düşən 44 günlük haqq savaşımızda canı-qanı bahasına erməni dığalarına layiqli dərs verən minlərlə qəhrəmanlardan biri də İmaməli Elman oğlu İbrahimovdur. Ömrünün 25-ci ilində adını tarixə yazan şəhid Vətən sevdalısı Lerik rayonundakı Hovil kəndində boy-başa çatıb.
27 sentyabr 2020-ci ildə başlanan, 30 il yağıya əsir düşmüş Qarabağımızın azadlığı uğrunda İmaməli tuşlayıcı-operator vəzifəsində ölüm-dirim vuruşlarına atılıb. Cəbrayıl, Qubadlı, Laçın rayon istiqamətlərində gedən əməliyyatlarda hünər göstərib. Axırıncı dəfə Laçında son damla qanına qədər döyüşərək düşmən diversiya qrupunu məhv edib, şəhidlik zirvəsinə ucalıb. Ölümü ilə ölümsüzlük qazanıb minlərlə ürəklərdə özünə əbədi yer edən İmaməli İbrahimov Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə”, Cəbrayılın, Qubadlının, Laçının azadlığı uğrunda medallara layiq olub.
İndi bütün Lerik camaatı öz qəhrəman oğlu ilə fəxr edir, onun xatirəsini əziz tutmağı müqəddəs borc bilirlər. Bu günlər rayonda fəaliyyət göstərən Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllim kollektivi və şagirdləri şəhid İmaməli İbrahimovun məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyublar.
Vətən şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan, onların keçdiyi şərəfli döyüş yolundan söhbət açan müəllimlər onu da bildiriblər ki, hər bir şəhidin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlıq nümunəsi indi olduğu kimi, gələcək nəsillərə də örnək olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 Oktyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















