Azərbaycan yığmasının voleybolçusu: Gümüş Avropa Liqasına yaxşı hazırlaşmalıyıq
Report.az saytına istinadən Icma.az xəbər verir.
Turnirə yaxşı hazırlaşmalıyıq.
Bunu "Report"a açıqlamasında kişilərdən ibarət Azərbaycan yığmasının voleybolçusu Roman Qurski deyib.
23 yaşlı idmançı Gümüş Avropa Liqasındakı hədəflərdən söz açıb:
"Ötən il Qızıl Avropa Liqasında böyük təcrübə topladıq. Özümüz üçün müəyyən nəticələr çıxartdıq. İndi də yaxşı kollektivlərlə mübarizə aparacağıq. Hər şey fiziki hazırlığımızdan və komanda olaraq sərgiləyəcəyimiz oyundan asılıdır. Ötən il gənc kollektiv idik. Amma indi hamının oyun təcrübəsi var. Biz öz gücümüzü göstərməyə çalışacağıq".
Hazırda "Xilasedici" klubunda çıxış edən oyunçu əsas məqsədlərinin inkişaf etmək olduğunu söyləyib:
"Ölkəmizin şərəfini layiqincə qorumalıyıq. Bizim kifayət qədər perspektivli voleybolçularımız var. Onların Avropada özlərini sübut etmək vaxtıdır. Gümüş Avropa Liqasında finala yüksələcəyimizə inanıram".
Qeyd edək ki, Azərbaycan yığması yarışda Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə üz-üzə gələcək. Turnir 2025-ci il 30 may - 6 iyul aralığında baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















