Azərbaycan millisinin voleybolçusu: Yenidən Qızıl Avropa Liqasına qayıtmaq istəyirik AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
“Gümüş Avropa Liqasındakı rəqiblərimiz milli komandamızın səviyyəsinə uyğundur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Elmin Alışanov Gümüş Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib.
O, təkcə Farer adalarının özləri üçün yeni rəqib olduğunu bildirib: “Gürcüstan və Lüksemburq yığmaları ilə tez-tez qarşılaşırıq. Bu komandaları daha yaxşı tanıyırıq. Düşünürəm ki, ən çətin rəqiblər İsveç ilə Avstriyadır. Onlar digərlərindən fərqli olaraq, yaxşı təcrübəyə sahibdirlər. Bu il Qızıl Avropa Liqasında sayılıb-seçilən komandalarla qarşılaşdıq. Təəssüf ki, uğurlu olmadıq. Yenidən bu liqaya qayıtmaq istəyirik”.
Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə eyni qrupa mübarizə aparacaq. Turnir cədvəlində ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















