Icma.az
close
up
RU
Azərbaycana gələn bu şəxslərə viza pulsuz veriləcək

Azərbaycana gələn bu şəxslərə viza pulsuz veriləcək

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi (onlinereg.unfccc.int/onlinereg) vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”nı tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd hesab ediləcək. “COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan Respublikası ərazisində 30 günə qədər qalmaq imkanı verir", - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://publika.az
archiveBu xəbər 04 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri