Icma.az
close
up
RU
Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyib?

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyib?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 2 milyard 193 milyon 511,7 min manat xərcləyiblər.
Bizim.Media rəsmi statistikaya istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 322 milyon 701,3 min manat və ya 12,8 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 9 ayda nəqliyyata 973 milyon 50,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 181 milyon 101,1 min manat və ya 15,6 % azdır.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 20,7 % və ya 106 milyon 362,1 min manat azalaraq 405 milyon 370,7 min manat olub.
Turistlər qidalanmaya 407 milyon 201,8 min manat xərcləyib ki, bu da bir il əvvələ nisbətən 63 milyon 12 min manat və ya 13,4 % azdır. Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 5,1 % azalaraq 14 milyon 604,6 min manat olub.
 

Yanvar-sentyabr aylarında turizm zərfinin alınmasına isə 989,2 min manat xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 144,5 milyon manat və ya 12,7 % azalıb.


Nəqliyyat vasitələrinin icarəsinə 3 milyon 430,3 min manat (+8,2 %), idman və əyləncə xidmətlərinə 20 milyon 936,2 min manat (+19,3 %), malların və hədiyyələrin alınmasına 280 milyon 617,1 min manat (+10,8 %), digər istiqamətlərə isə 87 milyon 310,9 min manat (-2,7 %) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 2,6 % azalaraq 666 milyon 569,6 min manat təşkil edib. Türkiyədən gələn turistlərin xərcləri 234 milyon 345,3 min manat olub ki, bu da illik müqayisədə 9,7 % azdır. İsraildən səfər edənlərin xərcləri isə 78,9 % artaraq 133 milyon 647 min manata çatıb.
9 ayda Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,1 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,7 %-i İran, 4,9 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,7 %-i İsrail, 3,5 %-i Pakistan, 3,1 %-i Özbəkistan, 2,8 %-i Çin, 2,6 %-i Hindistan, 2,4 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 1 %-i Belarus, 12,2 %-i digər ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 % artaraq 94,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 % artaraq 699 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32 % azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 5,5 % azalaraq 820,3 min nəfər təşkil edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri