Icma.az
close
up
RU
Azərbaycana gəlib yatırım qoymuşam Yarım milyardlıq MƏHKƏMƏ İŞİ

Azərbaycana gəlib yatırım qoymuşam Yarım milyardlıq MƏHKƏMƏ İŞİ

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkillərinin hakimə verdiyi etirazla bağlı vəsatətə baxılıb.

Vəkil Vüqar Əliyev bildirib ki, etiraza səbəb verilən vəsatətlərə baxılmaması olub: "Dəfələrlə vəsatət verərək müəyyən şəxslərin çağırılmasını, müvafiq ekspertizaların aparılması və sübutların təqdim olunmasını istəsəkdə, vəsatətlərimiz qəbul olunmadı. Bizim artıq gələcəkdə veriləcək vəsatətlərin təmin olunacağına inamımız qalmayıb. Buna görə xahiş edirik ki, cinayət işi yuxarı instansiya - Bakı Apellyasiya Məhkəməsinə göndərilsin".

Məhkəmə etirazı baxılmamış saxlayıb.

Daha sonra məhkəmədə Bahadır Qasımovun və İkram Qasımovun səhhətləri ilə bağlı ekspertiza rəyi elan olunub. Hər iki şəxsin müalicəsinin İstintaq Təcridxanasında aparılmasının mümkün olduğu bildirilib.

Vəkillər vəsasət verərək xahiş edib ki, Bahadır Qasımov və İkram Qasımovun səhhətindəki digər problemlərlə əlaqədar onlar müalicə müəssisəsinə köçürülsün.

Məhkəmə vəsatəti təmin edib.

Prosesdə təqsirləndirilən Bahadır Qasımov ifadə verib. O bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb: "1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznes işlərindən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım qoymuşam. Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. Bir həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur. Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Mən ora gedəndə məni tutdular. Mənə elan olunmuş ittihamda özümü təqsirli bilmirəm.

İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətlərindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa heç vaxt ehtiyacım olmayıb".

Daha sonra ifadə verən İkram Qasımov bildirib ki, onun əsas ticarəti Dubayda olub: "Mən əsasən, Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə, heç bir qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələri qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllara gəldikdə, onlar ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. İki-üç ev, 5-6 maşın niyə ala bilməyim ki?".

Digər təqsirləndirilən Vəli Əliyev ifadəsində bildirib ki, o, sadəcə, pasportu olduğu üçün ona verilmiş əmanətləri (qızılları) Dubaya aparıb və ya oradan gətirib: "Mən özümü elan olunmuş ittihamda təqsirli bilmirəm. Mənə gömrük nəzarətindən öncə əmanətləri və onların peçatlanmış sənədlərini verdilər ki, ölkəyə gətirim. Sadəcə xahiş ediblər mən də eləmişəm. Daha Sonra onları Bakıya gətirib Müşviq adlı şəxsə vermişəm. Mən mənə verilən qaçaqmalçılıq və digər ittihamıları qəbul etmirəm".

Növbəti proses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri