Icma.az
close
up
RU
Azərbaycana görə Pakistan və Türkiyəyə mesaj verilir? Təyyarə qəzasında müəmma

Azərbaycana görə Pakistan və Türkiyəyə mesaj verilir? Təyyarə qəzasında müəmma

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı rəsmi açıqlama olmadığı üçün bu barədə yalnız fərziyyələr irəli sürmək olar. Əks halda, bu, təxribatçı və ya spekulyativ şərh kimi görünərdi”.

Bunu Globalinfo.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib.

“Əlbəttə ki, Azərbaycanda Qarabağ müharibəsinin 5-ci ildönümünün qeyd edilməsinin ardınca belə bir faciəli qəzanın baş verməsi və yaxın saatlarda Bakıda keçirilən Zəfər paradında iştirak edən Pakistan tərəfində baş verən terror aktları “Pakistana və Türkiyəyə Azərbaycanı dəstəklədiklərinə görə mesaj göndərilir?” sualını ağıla gətirir.

Qəzanın texniki səbəbləri kimi hidravlik sistemdəki nasazlıq, komanda sistemində nasazlıq, rabitə sistemi və təyyarənin idarəetmə mərkəzlərinin elektron nasazlıq səbəbindən sıradan çıxması, içəridə yük olubsa bu yükün balanssız və ya yanlış bərkitmə səbəbindən təyyarənin balansını pozması və ya yükün öz iplərindən boşalaraq uçuş zamanı təyyarənin arxasına güclü təzyiq etməklə onun düşməsinə səbəb olması, pilotun və ya texniki personalın səhvi də ola bilər. Bununla belə, zəif olsa da, digər ssenarilər də nəzərdən keçirilə bilər. Məsələn, təyyarəyə mərminin dəyməsi və ya idarəetmədən çıxmış dronun təyyarəyə dəyib qəzaya uğraması kimi müxtəlif ssenarilər də mümkündür”.

İsmail Cingöz

Siyasi şərhçinin sözlərinə görə, təyyarənin sabotaj edilib-edilmədiyi, yaxud xarici və ya daxili hücuma məruz qaldığı hələ ki məlum deyil:

“Əgər belə bir hücum və ya sabotaj olubsa şübhəsiz ki, texniki qrupun təyyarənin qalıqlarını araşdırması və qara qutunun araşdırılması zamanı aşkar ediləcək. Türkiyə, türklük və ya TürkiyəAzərbaycan münasibətlərindən istər daxildə, istərsə də xaricdə narahat olan bir seqment var. Onların hücum və ya təxribat törətməsi ehtimalı az olsa da mövcuddur. Lakin həqiqət texniki qrupların araşdırması və qara qutunun deşifrə edilməsi ilə ortaya çıxacaq. Digər izahlar fərziyyə olaraq qalır”.

Xatırladaq ki, noybarın 11-də Gəncədən havaya qalxan Türkiyəyə məxsus C-130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Hadisə nəticə 20 nəfər həlak olub. Əsas versiya təyyarənin texniki səbəbdən qəzaya uğraması ilə bağlıdır. Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri