Icma.az
close
up
RU
Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb

Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb

Report.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 2 milyon 209,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49,0 faiz, İordaniyadan - 40,0 faiz, Polşadan - 35,5 faiz, İrandan - 33,2 faiz, İtaliyadan - 32,4 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 27,0 faiz, Yəməndən - 26,2 faiz, Niderlanddan - 21,7 faiz, Almaniyadan - 21,3 faiz, ABŞ-dan - 20,7 faiz, Misirdən - 20,0 faiz, Özbəkistandan - 19,5 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Ukraynadan - 17,0 faiz, Tacikistandan - 16,7 faiz, Türkiyədən - 15,8 faiz, Fransadan - 14,6 faiz, Küveytdən - 12,1 faiz, Böyük Britaniyadan - 11,4 faiz, Moldovadan - 10,6 faiz artmışdır.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see250

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see175

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see169

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see161

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see136

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see125

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri