Icma.az
close
up
RU
Azərbaycana idxal olunan mallar BAHALAŞACAQ? VACİB AÇIQLAMA

Azərbaycana idxal olunan mallar BAHALAŞACAQ? VACİB AÇIQLAMA

Icma.az bildirir, Baku.ws portalına istinadən.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2 aprel tarixini ölkənin iqtisadi suverenliyi günü elan edərək yeni gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb. Ağ Evdə təşkil olunan tədbirdə Tramp ABŞ-nin son yarım əsrdə iqtisadi baxımdan ədalətsiz rəqabətə məruz qaldığını vurğulayıb və bu vəziyyəti dəyişmək üçün qətiyyətli addımlar atacağını bildirib.

BAKU.WS xəbər verir ki, yeni tariflərə əsasən, Çin mallarına 34%, Avropa İttifaqına 20%, Yaponiyaya 24%, Hindistana isə 26% rüsum tətbiq ediləcək. Daha az inkişaf etmiş ölkələrdən olan Vyetnam və Myanmadan idxal edilən məhsullara isə 50%-ə qədər tarif müəyyən olunacaq.

Bundan əlavə, ABŞ-a məhsul göndərən bütün ölkələrdən minimum 10%-lik gömrük rüsumu alınacaq. Trampın sözlərinə görə, bu qərar Amerika sənayesini qorumaq və ticarət balansını daha stabil hala gətirmək məqsədi daşıyır. Siyahıda Azərbaycanda da var. ABŞ ölkəmizə 10% gömrük rüsumu tətbiq edib.

Bəs bu qərar Azərbaycana idxal olunan inşaat materialları, ərzaq məhsulları, qeyri-ərzaq məhsulları, elektrotexnika, avtomobil və ehtiyat hissələrinə necə təsri edəcək?

Mövzu ilə bağlı BAKU.WS-ə danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, ABŞ-dən birbaşa idxal olunan məhsullara bu qərarın heç bir təsiri yoxdur. Çünki bu, idxalla bağlı ABŞ administrasiyası tərəfindən qəbul edilən qərardır: 

"Azərbaycan məhsullarının ABŞ-yə ixrac olunması zamanı həmin məhsullara tətbiq edilən rüsumların səviyyəsini əks etdirir. Yəni Azərbaycan məhsullarının ABŞ-yə ixracında həmin bazarda satışı həmin rüsumların təsiri ilə üzləşə və burada qiymət artıcı effekt göstərə bilər. 

Lakin ABŞ-dən ölkəmizə idxal olunan məhsullara münasibətdə təsir olmayacaq. Burada digər məqam Azərbaycanda idxala təsir aspektlərdir. Fikrimcə, bu qərar dünyada inflyasiyanı tətikləyəcək və qiymətlər artacaq. Bunu nəticəsində Azərbaycan da təsirlənəcək. Ölkəmizə idxal olunan bütün növ məhsulların qiymətində növbəti dövr üçün qiymət artımı təzyiqləri güclənəcək. Azərbaycanda mövcud inflyasiyada idxalın mövqeyi daha da artacaq".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri