Icma.az
close
up
RU
Azərbaycana külli miqdarda qızıl zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub

Azərbaycana külli miqdarda qızıl zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyalarını Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Avtosfer.az-ın "Report" a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. 

Sonra dövlət ittihamçısı çıxış edib. O, hər 3 təqsirləndirilən şəxsin 7 il müddətə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını istəyib. 

Daha sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhrum etmə) maddəsi tətbiq edilib. Belə ki, xanım müttəhimlərə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. 

İttihama görə, onlar dəyəri 100 min manatdan çox olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.

İttihamda qeyd olunub ki,  Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyev adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalə Məmmədovanın özünə ötürmək istəyib.  Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.

Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılığa cəhd maddəsi ilə ittiham olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see313

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see188

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see181

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see171

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see164

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see150

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see144

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see129

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see126

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see125

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see125

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see125

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see125

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see121

“5 manat gəliri olana 6 manat borc verilməməlidir” AMB rəsmisi

07 Oktyabr 2025 12:00see120

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see120

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see119

BMT: Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq

07 Oktyabr 2025 12:45see119

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see118

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri