Kallas: Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Haaqa sammiti çərçivəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim", - Kallas söyləyib.
O, həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.
"Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 İyun 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















