Icma.az
close
up
RU
Azərbaycana qarşı növbəti informasiya savaşı: Feyk məlumatları kim yayır? (ŞƏRH)

Azərbaycana qarşı növbəti informasiya savaşı: Feyk məlumatları kim yayır? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Bu sayaq feyk informasiyalarla İran daxilində ölkəmizə qarşı xüsusi aqressivlik yaratmağa, orada yaşayan 40 milyonluq Azərbaycan türkünü Azərbaycan dövlətinə qarşı qaldırmağa çalışırlar".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

"Belə feyk məlumatların yayılması ilk və son da deyil. Məsələ ondadır ki, uzun müddətdir, xüsusən də İran tərəfindən Azərbaycan ərazisindən guya Tehrana qarşı hansısa əməliyyaların həyata keçirilməsilə bağlı yalan məlumatlar yayırlar", deyə deputat bildirib.

Bu addım, həmsöhbətimizin fikrincə, Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasından başqa bir şey deyil:

"Bu cür feyk məlumatlar yaymaqla guya Azərbaycan ərazisində İrana qarşı hansısa təxribat addımlarının atılmasının təşviq edilməsini gündəmə gətirmək istəyirlər. Bu yolla həm də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağı düşünürlər. Xüsusən də belə informasiyalarla İran daxilində  Azərbaycana qarşı xüsusi aqressiya, düşmənçilik tendensiyası formalaşdırmağa çalışırlar. Bununla həm də İranda yaşayan 40 milyonluq Azərbaycan türkünün prosesdə Azərbaycan dövlətinə qarşı olmasını istəyirlər".


Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan bölgədə sülh və sabitliyin tərəfdarıdır:

"Artıq kimin-kim olduğu məlumdur. Azərbaycan dəfələrlə rəsmi şəkildə bildirib ki, ölkəmizin ərazisindən digər qonşu dövlətlərə qarşı hansısa formada istifadə edilməyəcək. Azərbaycan bölgədə sülh və sabitliyin qarantı rolunda çıxış edir. Bunu İran rəsmiləri də gözəl bilir. Ancaq təəssüf  ki, bu cür feyk məlumatlar yaymaqla, ölkəmizə qarşı şər və böhtan yağdırmaqdan əl çəkmirlər".

Qeyd edək ki, rusiyalı politoloq Andrey Serenkonun yazdığına görə, guya Pəncab və Pakistan puştunlularından ibarət 50 minlik yaraqlı dəstə 2026-cı ilin yazına qədər İslamabaddan Azərbaycana göndəriləcək. O, iddia edir ki, bu yaraqlılar Pakistanın Xidmətlərarası Kəşfiyyatın dəstəyilə təlimlər keçirlər. Təlimatçılar da guya əfqan geyimində olan azərbaycanlı hərbçilərdir. Ardınca qeyd edir ki, həmin yaraqlılar Türkiyə və İsrail xüsusi xidmət orqanlarının dəstəyilə Azərbaycanda yerləşəcəklər.

Bütün xərcləri iddiaya görə guya MOSSAD öz üzərinə götürüb. Politoloq bildirib ki, Türkiyə Rusiya tərəfindən Talibanın tanınmasında məyus olub. İddia olunur ki, bu addımda məqsəd Əfqanıstan və Azərbaycan vasitəsilə İrana qarşı dağıdıcı partizan müharibəsi başlatmaqdır. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri