Icma.az
close
up
RU
“Rusiyanın Azərbaycana qarşı mənfi mövqeyi açıq görünür” ŞƏRH

“Rusiyanın Azərbaycana qarşı mənfi mövqeyi açıq görünür” ŞƏRH

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Rusiyanın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv mövqe mühüm rol oynayır. SOCAR-ın Ukraynadakı neft terminallarının və ona məxsus digər obyektlərin hədəf alınması, eyni zamanda Azərbaycan səfirliyinə edilən hücum, Rusiyanın Azərbaycana qarşı mənfi münasibətinin açıq təzahürüdür”. 
Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. 
O bildirib ki Bu, şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərinin normallaşmasına ciddi maneələr yaradır:
“Azərbaycan hər zaman bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan münasibətlərin tərəfdarı olub. Lakin təəssüf ki, bəzi dövlətlər, xüsusilə də Rusiya, bu məsələdə qərəzli və destruktiv mövqe nümayiş etdirir. Məhz bu cür aqressiya bölgədə təhlükəsizliyin pozulmasına və diplomatik münasibətlərin gərginləşməsinə səbəb olur. Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi davamlı bombardmanlar və bu ölkə ilə danışıqlardan imtina etməsi də diqqət çəkir. Xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamada Putinlə Zelenski arasında görüşün olmayacağı bildirildi. Ukrayna rəhbərliyinə qarşı səsləndirilən sərt ittihamlar isə bir daha göstərir ki, Moskva sülh danışıqlarına hazır deyil və münaqişənin həllində maraqlı görünmür”.
Politoloq diqqətə çatdırıb ki, bu, təəssüf doğuran bir faktdır və müharibənin daha da uzanmasına xidmət edir:
“Avropa ölkələrinin, o cümlədən Almaniyanın bu prosesə diplomatik töhfə vermək cəhdləri müşahidə olunsa da, Rusiya tərəfinin sərt mövqeyi vəziyyəti daha da çətinləşdirir.  Bütün bunlarla yanaşı, Azərbaycana qarşı atılan bu addımlar, iki ölkə arasında indiyə qədər formalaşmış qarşılıqlı etimada ciddi zərbə vurur. Halbuki Azərbaycan uzun müddət Rusiya üçün etibarlı tərəfdaş olub, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələri mövcud idi. Rusiya tərəfinin atdığı bu addımlar isə həmin münasibətlərə dərin zərər verir və bu prosesdən ən çox itirən tərəf məhz Rusiya olacaq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri