Icma.az
close
up
RU
Azərbaycana qarşı növbəti qarayaxma Nə baş verir? KONKRET

Azərbaycana qarşı növbəti qarayaxma Nə baş verir? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Bakıda keçiriləcək COP29 çərçivəsində ölkəmizə səfər edəcək Avropa Parlamentinin üzvlərinə birdəfəlik istifadəsi nəzərdə tutulan telefon və notbuklar veriləcək. Bu addımın deputatların şəxsi məlumatlarının təhlükəsizliyi üçün atıldığı iddia olunur.

KONKRET.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mövzunu şərh edib.

O, bunun yalnız Azərbaycanla bağlı olmadığını deyib:

“COP29-la bağlı yayılan məlumatlar içərisində Azərbaycana gələn nümayəndələrə yalnız birdəfəlik telefonlar və noutbuklar verilməsi məsələsi diqqət cəkir.Xatırladıram ki, birdəfəlik telefon və noutbuklar təhlükəsizlik məqsədilə istifadə edilir, qısa müddətlik – bir neçə zənglər üçün nəzərdə tutulur, məlumat sızmasını əngəlləyir, internetə çıxış olmur, yalnız SMS funksiya aktiv olur, istifadəçi məlumatları telefonda saxlanılmır, avadanlıq sonradan məhv edilir . Bəzi ölkələr və beynəlxalq qurumların da COP29-da iştirak edəcək nümayəndələrinə təhlükəsizlik məqsədilə bu tip avadanlıqlar təqdim etdikləri bildirilir. Maraqlıdır ki, xaricdəki müəyyən dairələr bunun məhz Azərbaycana qarşı edildiyini qabardırlar. Azərbaycana səfərin təhlükəli ola biləcəyi ilə bağlı xof yaratmaq istəyirlər. Guya burada hansıa bir Conun şəxsi telefonuna kiber müdaxilə ola və məlumatları ələ keçirilə bilər”.

Ekspert beynəlxalq praktikada da bu halların olduğunu vurğulayıb:

“Əslində isə əksər ölkələrdə və beynəlxalq qurumlarda təhlükəsizlik məqsədilə belə bir praktikadan istifadə edilir. Əməkdaşlarının, yaxud müxtəlif olimpiada və beynəlxalq tədbir iştirakçılarının kibertəhlükəsizliyinin qoruması üçün bu tip addımlar atılır. Yəni yalnız rəsmi şəxslər üçün deyil, adi vətəndaşlar üçün də belə hallar olur. Və bu, yalnız Azərbaycana səfər edənlər üçün deyil. Bir çox xarici ölkələrə səfərələrdə belə praktika normal hal hesab olunur. Səksən minlik bir tədbirə qatılan bəzi informasiya daşıyıcıları üçün təhlükəsizlik xidmətləri tərəfindən belə tövsiyələrin verilməsi ağlabatandır. İnformasiya təhlükəsizliyi ilə bağlı risklər hər yerdə var. Sadəcə, bunun yalnız Azərbaycanla bağlı olmasını qabartmaq, yumşaq desəm, doğru bir hal deyil, qarayaxmadır. Xatırlayıram ki, çox sayda ölkələrin təhlükəsizlik xidmətləri, hətta müxtəlif ölkələrdə keçirilən hansısa olimpiadalara gedən idmançılarına da belə tövsiyələr verirlər. İstisna etmirəm ki, bizim xüsusi xidmət qurumları da bəzi xarici tədbirlərdə iştirak edən dövlət rəsmilərimiz, əhəmiyyətli informasiya daşıyıcısı ola biləcək vətəndaşlarımız üçün də bu tip tövsiyyələr verirlər. Yəni belə praktikanın olmaması təəccüblü olardı”.

Məlik,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri