Icma.az
close
up
RU
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə

Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyaca nüfuzlu “Euronews” saytında “Ukrayna Azərbaycan adı altında Rusiya qazının tranzitinə icazə verməyəcək.

Zelenski Slovakiyanın ümidlərini puç etdi” başlıqlı məqalə dərc olunub.

“Cebheinfo.az” xəbər verir ki, məhz “Euronews” saytının mövqeyində Azərbaycana qarşı qərəzli münasibət aydın seçilir.

Məqalədə qeyd olunub ki, Ukrayna yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır:

“Tranzitin sona yaxınlaşması ilə Slovakiya ölkəyə qazın tədarükün kəsilməsinin qarşısını almaq üçün diplomatik səyləri artırıb. 

Alternativ qismində Bratislava Rusiya qazını əvəz etmək üçün Avropaya əlverişli variant kimi özünü göstərən, Qafqazda kiçik ölkə olan Azərbaycana müraciət edə bilər. Azərbaycanla sövdələşmələr insan haqları sahəsində ölkənin pis reputasiyasına görə mübahisələndirilib”.

Bu arada “Bruegel” (İqtisadi araşdırmalar mərkəzi - red.) qeyd edir ki, sxemə əsasən, Rusiya Ukraynaya “Azərbaycan qazı” etiketli qaz tədarük edəcək, Azərbaycan isə eyni infrastrukturdan istifadə edərək Rusiyadan “Rusiya qazı” etiketli qaz alacaq.

“Sadə dillə desək, qaz axını dəyişməyəcək: Aİ treyderləri qazı Azərbaycandan alacaq, o da Rusiyadan qaz alacaq”, - “Bruegel” oktyabrda aparılan araşdırmada bildirib.

Lakin Zelenski Kremlin hələ də pul qazanacağını və nəticədə, baha başa gələn və qəddar işğalını maliyyələşdirmək üçün əsas gəlir mənbəyini saxlayacağını iddia edərək cümə axşamı açıq şəkildə bildirib ki, belə bir saxtakarlıq əməliyyatına dözməyəcək. 

“Biz başqa ölkənin Rusiyadan qaz alıb sonra tranzit etməsi oyununu oynamaq istəmirik. Bu, müharibədən qazanc əldə etməyə davam etmək və Rusiyaya pul göndərməklə eynidir”, - Zelenski “Financial Times”-ın müxbirinin sualına belə cavab verib.

Qeyd edək ki, Azərbaycanın təbii qazının Avropa bazarına çıxışına mane olmaq məqsədilə Qərbdə siyasi kampaniyanın artdığını görmək olar. Müxtəlif lobbi qrupları saxta ittihamlarla Azərbaycan qazının Avropaya nəqlinin qarşısını almağa çalışır.

Qərb bazarlarında hazırkı qış mövsümündə Azərbaycanın mavi yanacağına tələbatın artdığı bir vaxtda bu prosesi pozmaq üçün Avropa Partlamentində, Avropa Şurasında, qeyri-hökumət təşkilatları və media qurumları səfərbər səfərbər edilib.

Xüsusilə də ermənilər yaranmış vəziyyətdən istifadə edərək “insan hüquqları” adı altında Bakıda həbsdə olan separatçı hərbi cinayətkarları “siyasi məhbus” kimi qələmə verməklə onların azadlığa buraxılması tələbini gündəmə gətirir. 

Erməni diasporu və lobbi dairələrinin Azərbaycana təzyiq məqsədilə qaz satışına dair müqavilələrə sanksiya tətbiq edilməsini təklif edir. 

Bu təxribatlarda Avropanın enerji bazarından mənfəət götürmək istəyən dövlətlərin və şirkətlərin də maraqları var. Azərbaycanın guya Rusiya qazını Avropaya satmaq istəyi barədə məlumatlar da məhz sabotaj məqsədi daşıyır. 

Halbuki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 13-də İstanbulda “STRATCOM-2024” çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bu barədə iddiaları rəsmən təkzib edib.

“Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır”, - deyə Hikmət Hacıyev bildirib. 

Qeyd edək ki, Rusiya təbii qazına alternativ bazarlar axtaran Avropa ölkələri üçün Azərbaycan yanacağı xilasedici əhəmiyyətə malikdir.

Belə olan təqdirdə, “Euronews”, “Financial Times” kimi Qərb media qurumları Azərbaycanın strateji mövqeyini təbliğ etmək əvəzinə “qara piar” kampaniyası aparmaqla məşğuldur.  

Müşfiq Abdulla
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri