Icma.az
close
up
RU
Azərbaycana qarşı QISQANCLIQ

Azərbaycana qarşı QISQANCLIQ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan uğurlar əldə etdikcə, nailiyyərlər qazandıqca, qələbələrə imza atdıqca bir çoxlarının kürkünə yamanca birə düşmüş olur. Rəsmi Bakının uğurları kimlərinsə xoşuna gəlmir. Ölkəmizin apardığı məqsədyönlü siyasət bəzilərinin yuxusunu ərşə çəkir. Ortada olan qısqanclıq məhz bunun təkzibedilməz sübutudur.

Ortada olan ölkəmizə qarşı barışmaz mövqedən başqa bir şey deyil

Heç şübhəsiz ki, COP 29 bütün dünya üçün vacib idi və dünya ictimaiyyətinin bunu yüksək qiymətləndirməsi də əbəs yerə deyil. Çünki müzakirə olunan məsələlər bütün dünyanın maraqlarını təmin edir. Məsələ burasındadır ki, bu məsələdə də öz qısqanclığını gizlətməyənlər də oldu. Əslində, Azərbaycanın bu qədər vacib və bu qədər qlobal məsələyə xüsusi önəm verməsi xüsusi alqışla qarşılanmalı idi. Amma görünən odur ki, ölkəmizin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir də kimlərinsə xoşuna gələsi olmadı. Səbəb bəllidir və görünən odur ki, Azərbaycanın uğurlarını, nailiyyətlərini, qlobal miqyasda söz sahibi olmasını, beynəlxalq tədbirə ev sahibliyi etməsini həzm etməkdə çətinlik çəkənlər var imiş. Heç şübhəsiz ki, bu böyüklükdə tədbirə Azərbaycan yox, hansısa dövlət, hansısa ölkə ev sahibliyi etmiş olsaydı, indi bütün dünyada səs-küy əlindən durmaq olmazdı və bir ağızdan hamı tədbirin əhəmiyyətindən danışardı. Amma Azərbaycanın dünya miqyasında əhəmiyyətli tədbiri layiqincə təşkil etməsi nəyə görəsə kimlərinsə heç ürəyincə olmadı. Bunun adı sadəcə olaraq, qısqanclıqdır və məhz ölkəmizə qarşı olan barışmaz mövqedən başqa bir şey deyil.

Bu qədər ədalətsizlik, bu qədər haqsızlıq olmaz və hər halda bunun bir sonu olacağının əksini fərz etmək də ağıla belə gəlmir

Bu vaxta qədər işğalçılığı dövlət siyasəti olaraq qəbul edən Ermənistanda belə bir beynəlxalq tədbir keçirilmiş olsaydı, səs-sorağı dünyanın hər tərəfini bürüyərdi. Bəlkə də ən böyük dövlətlər, dünyanın ən tanınmış beynəlxaq təşkilatları həmin tədbiri nəinki alqışlayar, hətta maddi yardımlarını da əsirgəməzdi. Amma Azərbaycana yanaşmada biz bunu müşahidə etmədik. Bütövlükdə dünyanı maraqlandıran məsələlərin müzakirəsində ölkəmizə zərrə qədər də dəstək görə bilmədik. Heç bir beynəlxalq təşkilatdan, yaxud maliyyə qurumundan gözlənilən dəstəyin şahidi olmadıq. Halbuki böyük bir dəstəyin göstərilməsinin vacibliyi məntiqi baxımdan gözlənilən idi. Əslində, belə olmalı deyildi. Dünyanın ayrı-ayrı ölkələri, beynəlxalq təşkilatları xüsusi diqqət nümayiş etdirməli idilər və müvafiq şəkildə gözlənilən maliyyə vəsaitinin ayrılmasına da qərar verəməli idilər. Çünki müzakirə olunan məsələ bütövlükdə dünyamız üçün olduqca önəmli, olduqca vacib sayılır.

Zənn edək ki, İrəvan bu böyüklükdə tədbirə ev sahibliyi etsəydi, indi bütün dünya bar-bar bağırırdı ki, Ermənistan dünyanın “dərdini” çəkir. İndi elə bir fikir formalaşdırılardı ki, guya haylar özlərini yox, bütün dünya ictimaiyyətini düşünürlər və bütün dünyanı xilas etmək üçün əldən-ayaqdan gedirlər. Məsələ burasındadır ki, ermənilərin belə bir niyyətdə olmalarını heç təsəvvür də etmək olmaz. Çünki haylar heç zaman humanizm nöqteyi-nəzərdən yanaşma ortaya qoymayıblar. Tarix boyu Ermənistan ancaq öz maraqlarından çıxış edib və bunun əksini ağıla belə gətirmək mümkün də deyil. Əgər ermənilər humanizm haqqında zərrə qədər düşünsəydilər, dünyanın problemlərini az da olsa nəzərə alsaydılar, bu qədər fəlakətlər törətməzdilər. Onlar bizdən fərqli olaraq, problemlərin həllinə maraq göstərməyiblər, ancaq problemlər yaradıblar və bəşəriyyət üçün xoşagəlməz vəziyyət yaratmaqdan başqa əllərindən bir şey gəlməyib. Bununla yanaşı, hələ də dəstək almaqdadırlar və elə bil ki, yaratdıqları problemlərə görə onlara xüsusi təşəkkür də düşürmüş. Bu qədər ədalətsizlik, bu qədər ikiüzlülük və haqsızlıq olmaz və hər halda bunun bir sonu olacağının əksini fərz etmək də ağıla belə gəlmir.

Özünün ümumbəşəri prinsiplərə sadiq qaldığını yenə də Azərbaycan ortaya qoydu və bu, ancaq təqdirəlayiq sayılmalıdır

Azərbaycan yenə də özünün ümumbəşəri prinsiplərə sadiq qaldığını ortaya qoydu. Bir zamanlar, daha dəqiq desək, pandemiya yenicə başlayanda öz yardımları ilə bəşəriyyətin xilası üçün çıxış edən ölkəmiz yenə də dünyamızın qorunması üçün əlindən gələni əsirgəmədiyini sübut etdi. Kimlərsə bunu görməməzliyə vura bilərlər, amma özlərini görməməzliyə vursalar da zərrə qədər fərq etmir. Onsuz da tədbir uğurla davam etməkdədir və bunu danmaq qətiyyən mümlün deyil. Qətiyyən danmaq olmaz ki, Azərbaycan bütövlükdə bəşəriyyəti maraqlandıran məsələləri qabartmaq, həllinə nail olmaq üçün əlindən gələni əsirgəmir. Bütün bunlar ancaq alqışa layiqdir, amma biz bu alqış əvəzinə tamam başqa bir qısqanclıq görürük.

Hazırda rəsmi Bakı öz maraqlarından deyil, regional maraqlardan, eləcə də qlobal maraqlardan çıxış edir. Bölgədə sülhün, əmin-amanlığın təmin edilməsinə çalışan Azərbaycan, dünyamızın da problemsiz olması üçün səylər göstərir. Ekoloji məsələlərə həssaslıqla yanaşan Azərbaycan qlobal miqyasda ciddi işlər görmüş olur. Bunu görməməzliyə vurmaq, sadəcə olaraq qısqanclıq əlmətidir. Azərbaycan həm bölgədə sülhə, əmin-amanlığa nail olmağa salışır, həm də bəşəriyyət üçün ən önəmli olan məsələlərin həllinə tövhə vermək üçün əlindən gələni edir. Görəsən, nə zamansa Ermənistanın belə bir niyyətdə olduğunun şahidi olan olubmu? Yaxud, kimsə deyə bilərmi ki, rəsmi İrəvan nə zamansa bütün dünyanı maraqlandıran məsələlər üçün maraqlı ola bilər? Qətiyyən bunu demək olmaz, çünki göz önündə olanlar nə bunu deməyə, nə də buna inanmağa imkan verməz.

Elə məsələlər var ki, həmin məsələlərə dünya ictimaiyyəti vahid bir səslə cavab verməlidir, qısqanclıqla yox

Elə məsələlər var ki, həmin məsələlər təkcə bir ölkəni deyil, bütövlükdə dünyanı maraqlandıran, dünyanın maraq dairəsində olan məsələlərdi. Həmin məsələlərə dünya ictimaiyyəti vahid bir səslə cavab verməlidir. Məsələn, ekologiya, ətraf mühitin mühafizəsi təkcə bir ölkəni maraqlandıran məsələ deyil. Bütövlükdə dünya ictimaiyyəti bu məsələdə iradə nümayiş etdirməli, dünya dövlətləri, beynəlxalq təşkilatlar bununla bağlı davamlı şəkildə mübarizə aparmalıdırlar. Əgər Azərbaycanın timsalında hansısa bir ölkə bununla bağlı tədbir keçirirsə, buna görə təşəkkür etmək gərəkir, qısqanclıqla yanaşmaq yox. Yaşıl enerji ilə bağlı çağırışlar, dünyamızın ekoloji baxımdan təmizlənməsi üçün olan tələblər hamı tərəfindən müsbət qarşılanmalıdır. Hansısa ölkəyə qarşı nə qədər aqressiya olsa belə, sözügedən məsələ ilə bağlı ortaya qoyulan təşəbbüs ancaq təqdirəlayiq sayılmalıdır. Təəssüf ki, belə sayılmır və hələ də ədalətsiz yanaşma, ikili standartlar, haqsızlıq müşahidə edilir.

Hələ də dünya ictimaiyyəti, ələlxüsus da demokratiyadan, insan azadlıqlarından, haqlardan, hüquqlardan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan vətəndaşlarının mina terrorunun qurbanı olduğunu ancaq müşahidə edir. Bütün dünya hələ də Ermənistana bununla bağlı hansısa irad bildirmir və hələ də mina terrorunun qurbanlarının sayı artır, dağıntıların, ətrafa dəyən zərərin miqyası böyüyür. Hələ də Azərbaycan ərazilərində təhlükəli şərait mövcuddur və hələ də ermənilərdən həmin o basdırdıqları minaların xəritələrini istəyən yoxdur. Məgər partlayıcıların təsirinə məruz qalınması bu qədər diqqət tələb etməyən məsələ sayılırmı? Bəlkə dünyanın bir çox dövlətləri, beynəxalq təşkilatları ərazilərimizin fauna və florasına ermənilərin vurduqları zərərdən xəbərsizdirlər? Yoxsa özlərini bilməməzliyə vurmaqla işlərini bitmiş hesab edirlər? Bu qədər yaşıllıqların məhv edilməsinə göz yummağın adını nə qoymaq olar. Onillər boyunca ölkəmizin meşələrinə, yaşıllıqlarına mümkün qədər çox zərər verənləri görmək əvəzinə, buna göz yummağa nə ad vermək mümkündür? Bütün bunların fonunda Azərbaycanın yaşıllıq sahələrini artırması, ekoloji tarazlığı bərpa etməsi, yaşıl enerji naminə, dünyamızın xilası naminə bu böyüklükdə tədbirə ev sahibliyi etməsinə layiqincə qiymət verməmək nə deməkdir və buna nə ad verək? Axı bunun adı yaxşı halda, ancaq qısqanclıqdır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri