Icma.az
close
up
RU
Sağlam və patoloji QISQANCLIQ. Psixoloqun tövsiyələri

Sağlam və patoloji QISQANCLIQ. Psixoloqun tövsiyələri

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəqin ki, hər birimiz həyatımızda bir dəfə də olsa bu əzablı qısqanclıq hissini yaşamışıq.

Qısqanclıq müxtəlif olur və fərqli sahələrdə yaranır: sevgidə, dostluqda, övlad-valideyn münasibətlərində. Qısqanclığa ən çox ailə münasibətlərində rast gəlmək olar. Bu hiss yavaş-yavaş təsir edən zəhər kimi vaxt keçdikcə ailəni tamamilə dağıltmaq iqtidarındadı. Ailə münasibətləri psixologiyasına əsasən, qısqanclıq kişi və qadın arasında olan münasibətlərdə yer alan şübhə hissidir. Qısqanclığı bir neçə tipə ayırmaq olar.

1. Sevdiyi insana qarşı mənimsəmə hissi. Belə hallarda təbii ki, qarşı tərəf xeyli əziyyət çəkir. Bu tip daha inadkar, üstün olmağa meyil edirlər. Onlar insana nə hörmət qoymağı, nə bağışlamağı bacarırlar.

2. Özgüvən əksikliyi nəticəsində əmələ gələn qısqanclıq. Bu tip qısqanclıq özünə əmin olmayan, həyəcanlı olan insanlarda yaranır. Onlarda başqaları ilə müqayisədə ikinci dərəcəli olmaq qorxusu. Bu tip qısqanclıq qarşı tərəfdən çox, qısqanc olana əziyyət verir.

3. Qısqanc insanın özü xəyanət edəndə. Bu halda əks tərəf əziyyət çəkir. Qısqanclığın real yada ki, uydurulmuş əsası həmişə var. Real deyəndə, yəni həyat yoldaşının fərqli, şübhə doğuran davranışı. Uydurulmuş halda qısqanclığın qaynağı qorxudur, inamsızlıqdı. Qısqanclıq insanın cinsindən, xarakterindən, insanın şəxsi əqidəsindən asılı olaraq müxtəlif olur.

Qısqanclıq üzücü bir hissdir, lakin bu hissin müsbət tərəfi də var. Qısqanclıq qədərində olanda bu sağlam qısqanclıqdı, çünki sevgini daha da gücləndirir. Amma qısqanclıq qeyri-sağlam şəkildə olanda təbii ki, mənfi emosiyalara səbəb olur. İlk öncə sevdiyi insana qarşı yaranan inamsızlıq, güvənsizlik. Sonra qəzəb, əsəbililik – hansıların ki, nə üzə çıxaranda, nə daxildə boğanda müsbət nəticə vermir. Qorxular ortaya çıxır: atılma, tənha qalma qorxusu. "Hamı biləndə mənim haqqımda nə danışacaqlar” bu kimi fikirlər. Qısqanclıq psixosomatik xəstəliklərlə də bağlı tərəfləri var. Emosional stress qadınlarda birbaşa hormonal sistemə təsir edir. Kişilərdə isə xroniki yorğunluq sindromunun yaranmasına səbəb olur.
Qeyd etdiyim kimi qısqanclığın ailədaxili münasibətlərə mənfi təsiri çoxdu. Ən kədərlisi odur ki, bu qısqanclıq “səhnələri” övladların göz önündə baş verir. Hər bir uşaq üçün ilk gündən valideynləri yeganə sevimli modeldir. Kiçik yaşlarında hələ tam olanları kritik analiz edə bilmirlər, lakin bütün gördükləri şüuraltında yer alır. Və təbii ki illər keçdikcə müəyyən yaşa çatanda, münasibət quranda övladınıza öz mənfi təsirini göstərəcək.

Kişi və qadın qısqanclığı fərqli olur. Kişilər həyat yoldaşını özündən diqqətini yayındıran hər kəsə qısqanır, hətta övladlarına, nəvələrinə. Təbii ki, başqa kişilərə də. Kişilər öz rəqibi ilə özlərini müqayisə etmirlər. Onlar üçün əsas qısqanclığın fakt olaraq özüdür.

Qadınlar isə əksinə rəqibi ilə özlərini müqayisə edirlər. Əgər kişinin xəyanətində kişi həyat yoldaşın ittiham edirsə, qadında özünügünahlandırma hissi ilə də rast gəlirik. Hətta bəzi xanımlarımız rəqiblərinə oxşamağa can atırlar. Hesab edirlər ki, qadınlar kişilərdən daha qısqancdı, çünki bu mövzuda tez-tez dava salırlar. Amma reallıqda başqa cürdür. Kişilərdən fərqli olaraq qadınlarımız xəyanətlə rastlaşanda çox vaxt bağışlayırlar əsas da övladlarına görə.

“Bəs qısqanclığı necə aradan qaldıraq?” sualı ortaya çıxır. Hər bir insan özünə dəyər verməyi , özünüqiymətləndirməyi bacarmalıdı. Özünüzə vaxt ayırın. Fikrinizi daha əhəmiyyətli işlərə ayırın. Baş verənlərdən daha səmərəli nəticə çıxarın. Həyat tərzini dəyişməyə cəhd göstərin. Qısqanclığı anlamaq üçün onun səbəbini bilmək gərək. Səbəbi isə özünüqiymətlədirmənin aşağı olmasıdı. Həyatınızı qısqanclıq hissi ilə zəhərləməyin. Sadəcə özünüzə dəyər verin və həyatda birlikdə olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın!

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri