Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı QISQANCLIQ
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Qaysa kəndində qeydə alınıb.
38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadını bıçaqlayıb. Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.
İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib “Whatsapp” vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da bıçaqla xəsarət yetirib.
Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Balakən rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 31 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















