Icma.az
close
up
RU
Azərbaycana qarşı sistemli PLAN

Azərbaycana qarşı sistemli PLAN

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Qondarma Dağlıq Qarabağ Respublikasının “xarici işlər naziri” kimi Azərbaycan ərazilərinin işğalında və digər müharibə cinayətlərində təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş David Babayan həbsxanadan avantürist açıqlama yayıb. 

Ailəsi vasitəsilə Ermənistan mətbuatına  audiomüraciət göndərən Babayan məhkəmə prosesində guya hüquqlarının pozulduğuna dair iddialar irəli sürməklə özünün günahsız olduğu barədə rəy yaratmağa çalışıb. 

Babayanın çıxışının mətni ilə tanış olduqda isə onun əsas niyyətinin məsələni beynəlxalq siyasi platformalarda və məhkəmə instansiyalarında gündəmə gətirməklə azadlığa çıxmaq olduğu görünür. 

Qeyd edək ki, David Babayan Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir.
Cinayətkar rejimin keçmiş “xarici işlər naziri” bütün dünya ermənilərinə, hüquq müdafiəçilərinə və jurnalistlərə müraciət edərək apellyasiya məhkəməsində baxılması üçün təqdim etdiyim ərizəsinin itdiyini iddia edir: 

“Başqa bir məktub yazmağa məcbur olduq, amma cavabını bilmirik. Beləliklə, apellyasiya şikayəti verməyimin qarşısını almağa cəhd göstəriləcəyi istisna olunmur”. 

Lakin  Babayanın sonrakı cümlələri onun əsl niyyətinin nədən ibarət olduğuna aydınlıq gətirir: 

”Xahiş edirəm ki, bu məlumatı beynəlxalq məhkəmə icraatı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün əsas kimi qəbul edin. 

Biz məsələni yalnız bu yolla həll edilə bilərik. Hamınızı, bütün xoşməramlı insanları və dünyanın hər yerindəki erməniləri bu işdə bizə kömək etməyə çağırıram. Mən bunu ədalət, demokratiya, insan hüquqları və əsl sülh naminə edirəm. Hesab edirəm ki, bu, yeganə yoldur. 

 Mən vətənpərvər erməniləri birləşməyə və hüquqlarımızı müdafiə etməyə çağırıram. Çünki biz beynəlxalq məhkəməyə müraciət edəcəyik”.

Halbuki, David Babayanın vəkili Cavad Cavadov “Musavat.com”a açıqlamasında apellyasiya instansiyasına göndərilən sənədlərin itməsi barədə deyilənlərin beynəlxalq məhkəmənin predmeti olmadığını deyib: 

“Əgər hər hansı sənədin itməsi və ya çatdırılmaması ilə bağlı iddia varsa, bunun hüquqi mexanizmlərlə araşdırılması mümkündür və bu, beynəlxalq tribunal ritorikasına çevriləcək bir məsələ deyil”.

Yəni David Babayan apellyasiya məhkəməsinə müraciət etmək üçün vəkili vasitəsilə qanunvericilik qaydasında araşdırılma aparılmasını tələb edə bilər. Sadəcə olaraq, bu məsələnin beynəlxalq müstəviyə çıxarılması bu proses ətrafında siyasi şou düzəltmək məqsədi daşıyır. 

Babayanın bütün erməniləri birləşməyə çağırması ilə “Miatsum” xəyallarının hələ onun başından çıxmadığı və mövzunu siyasiləşdirməyə  çalışdığı açıq hiss olunur. Babayanın ərizəsini və məktubunu gizlətmək heç bir məhkəmə orqanının marağında deyil. 

Çünki onun cinayətləri birinci məhkəmə instansiyasının qərarını ləğv etməyəcək qədər ağırdır. David Babayan məhkəmə iclaslarının heç birində özünün günahsız olduğunu və cinayət əməlinə yol vermədiyini deməyib. 

O, bütün ittihamları şahidlərin iştirakı, sənədlər, foto və video materiallar əsasında etiraf edib. David Babayan 2023-cü ilin sentyabr ayında Azərbaycan hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Əgər Babayanın günahı, cinayəti yoxdursa, ona qarşı irəli sürülən ittihamlar saxtadırsa, nə üçün təslim olurdu?

İndi Babayan Avropadan və Ermənistandan səslənən bəzi hay-küylü bəyanatlardan ruhlanaraq görünür, aranı qarışdırmaq və azadlığa çıxmaq həvəsinə düşüb. Avropa Parlamentinin aprelin 29-da Azərbaycan əleyhinə ermənipərəst qətnamə qəbul etməsi və müharibə cinayətkarlarını azadlığa buraxmaq çağırışı çox güman ki, David Babayanda ümid yaradıb. 

Digər tərəfdən, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiyanın himayə etdiyi revanşist müxalifətin bəyanatları, Robert Köçəryanın, Samvel Karapetyanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi David Babayanı hərəkətə gətirib. 

Ancaq bütün bunlar Babayanın “nazir” olduğu qondarma rejimlə birlikdə tarixin zibil yeşiyinə atılıb. David Babayanın müraciəti ilə bağlı Ermənistanın xarici işlər nazirinə ünvanladığı müraciətinə Ararat Mirzoyanın “Şərhsiz” cavabını verməsi rəsmi İrəvanın müharibə cinayətkarlarının azadlığa çıxmasında maraqlı olmadığını göstərir. 

Çünki Babayan və onunla bərabər həbs olunmuş Bako Saakyan, Arkadi Qukasyan, Araik Harutyunyan, Levon Mnatsakanyan, Ruben Vardanyan və başqalarının azadlığa buraxılması Ermənistanı növbəti dəfə müharibəyə sürükləməyə, bölgədə formalaşmaqda olan sülhün və sabitliyin təhlükə altına düşməsinə gətirib çıxara bilər. Bu isə Ermənistanın bir dövlət kimi suverenliyinə son qoyulması deməkdir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri