Icma.az
close
up
RU
Azərbaycana qarşı gizli plan: “Hərbi təhdidlər də...”

Azərbaycana qarşı gizli plan: “Hərbi təhdidlər də...”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son günlər Azərbaycana qarşı yönəlmiş təhdidlərin əsas tezisi – “imperiyanın itaətsiz ucqarına hərbi müdaxilə təhlükəsi” – Rusiya internet mənbələri və “Z” bloqerləri tərəfindən qəribə və ən əsası, tamamilə reallıqdan uzaq bir şəkildə formalaşdırılır”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Azətbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxış edib.

O, bildirib ki, bu “taktika”nın həyata keçirilməsi nə yalnız hərbi-siyasi reallıqlar və tərəflərin müdafiə imkanları baxımından, nə də Rusiya tərəfindən bəyan edilən “Cənubi Qafqazdan milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılması” kimi strateji məqsədlə uzlaşmır: Marqarita pizza

“Hadisələrin dinamikası və məntiqi aydındır. Rusiya hakimiyyətinin AZAL təyyarəsi ilə bağlı faciəyə, eləcə də etnik azərbaycanlılara qarşı təzyiq və qətllərə münasibətdə sərgilədiyi, yumşaq desək, dostyana olmayan davranış, münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən sadəcə neytral qonşuluq səviyyəsinə endirib. Əgər indi bu gərginliyə hərbi təhdidlər də əlavə olunsa, o zaman münasibətlər geosiyasi qarşıdurma səviyyəsinə düşəcək. Bu isə artıq bütün mümkün nəticələrə yol aça bilər. Yaxın tarixdən nümunə – Finlandiya – əvvəllər Rusiya üçün dost və neytral ölkə idi, indi isə NATO üzvüdür.

Ən diqqətçəkən məqam isə odur ki, “hərbi ssenari”nin şişirdilməsinə müxtəlif milli və siyasi mənsubiyyətə malik media qurumları və şərhçilər cəlb olunub. Gəlin görək onlar kimdir və məqsədləri nədir:

- “Liberal”, Qərbyönümlü rusiyalı şərhçilər: Onların məntiqi sadədir – Rusiya rejiminə qarşı olan hər şeyi alqışlayır və bu zaman Azərbaycana qarşı neqativ münasibətlərini də gizlətmirlər;

- Ukrayna mediası və bəzi şərhçilər: Azərbaycanla həmrəylik nümayiş etdirməklə yanaşı, bəzi hallarda “ikinci cəbhə”nin yaranmasında maraqlı olduqları üçün provokativ fikirlər də səsləndirirlər;

- İranın radikal dairələrinə yaxın media qurumları: “Hərbi gərginlik” mövzusunu, İran-Azərbaycan münasibətlərində öz mövqelərini gücləndirmək üçün istifadə edirlər;

- Erməni və pro-erməni media və şərhçilər: “Hərbi qarşıdurma” tezisinin əsas təbliğatçılarındandır, məqsədləri revanşist yanaşmaları əsaslandırmaqdır.

Nəzərə alsaq ki, hərbi ssenarinin gerçəkləşməsi tamamilə qeyri-real görünür, belə disskusiyalarda Azərbaycan mediasının və şərhçilərinin qarşı tərəfin diktə etdiyi tezislər üzərindən iştirak etməsini qeyri-produktiv hesab edirəm. Bu cür debatlar yalnız qarşı tərəfin maraqlarına xidmət edir və ümumi informasiya məkanında mövqelərimizin təhrif olunmasına səbəb ola bilər”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri