Kral terror təhdidlərinə qarşı sistemli plan hazırlanmasına çağırıb
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
İordaniya hökuməti terror təhdidlərinə qarşı mübarizə mexanizmlərini hərtərəfli şəkildə yenidən nəzərdən keçirməlidir.
Bunu Kral II Abdullah Əmmanda, Əl-Kərək şəhərində pravoslav kilsəsində törədilmiş terror aktına həsr olunmuş Milli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Ekstremist ideologiyaya qarşı mübarizə üsullarına yenidən baxmaq və onun kökünün kəsilməsi istiqamətində səyləri gücləndirmək lazımdır”, – deyə monarx bildirib. Onun sözlərinə görə, müvafiq qurumlar dini təsisatlarla koordinasiyalı şəkildə "sistemli plan” hazırlamalıdırlar.
II Abdullah həmçinin krallığın güc strukturlarını terror aktlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərə hazırlıq səviyyəsini artırmağa çağırıb. Bununla yanaşı, o, qanunun aliliyi prinsipinə riayət olunmasının vacibliyini vurğulayıb.
"İordaniya vətəndaşlarının təhlükəsizliyi və rifahı bizim üçün qırmızı xətdir. Ədalət hər bir terrorçunu yaxalayacaq. Onların cinayət əməlləri iordaniyalıları qorxutmayacaq və milli birliyimizi sarsıtmayacaq”, – deyə kral vurğulayıb.
///trend///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















