Icma.az
close
up
RU
Azərbaycana qarşı son vaxtlar səsləndirilən ekstremist çağırışlar iki ölkə arasındakı strateji tərəfdaşlığa ziddir

Azərbaycana qarşı son vaxtlar səsləndirilən ekstremist çağırışlar iki ölkə arasındakı strateji tərəfdaşlığa ziddir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Rusiyada Azərbaycana qarşı son vaxtlar belə çağırışlar var. Əslində, bunlar ekstremist çağırışlardır. Burada faşizm təbliğ olunur, başqa dövlətə qarşı milli ədavət var. Bütün bunlar beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycanla Rusiya arasında olan strateji tərəfdaşlıq razılaşmasına da ziddir. Başqa xalqlara qarşı kin, küdurət ədavət və nifrət ruhu yaratmaq yəqin ki, Rusiya qanunvericiliyinə də ziddir və cinayət məsuliyyəti yaradır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Mustafa danışıb. Politoloq qeyd edib ki, əslində Rusiyadakı Azərbaycan səfiri bu məsələ ilə əlaqədar rəsmi Rusiya dövlətinin qarşısında məsələ qaldırmalıdır.

Əli Mustafa

“Milli ədavəti qızışdıran Kabanovun cəzalandırılması barədə məsələ irəli sürülməlidir. Təəssüf ki, bu ekstremizm yalnız belə təhlükəli adamlar səviyyəsində deyil. Rusiyada artıq bir çox bu ovqatda olan insanlar var və daha da pis odur ki, onların ictimai rəyə təsir imkanları var. Yəni onlar üçün televiziyalarda çıxış etmək əlçatandır. Bu isə daha təhlükəli ab-havanın yaranmasına xidmət edir. Bu anlamda Azərbaycan tərəfi müvafiq tədbirlər görməlidir. Belə çağırışlarla əlaqədar, hansısa bir Azərbaycan dövlətinin rəsmi siyasəti olmalıdır. Onların arzuolunmaz şəxs elan edilməsi, ümumiyyətlə, ekstremizmi yayan və faşizmi təbliğ edən adamlar kimi təqdim olunması olmalıdır. Digər tərəfdən, bu da Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirir. Bu da o deməkdir ki, biz Rusiyanın istənilən davranışlarına adekvat reaksiya verməyə və təbii ki, yarana biləcək hansısa risklərdən, təhlükələrdən qorunmağa da hazır olmalıyıq”- deyə politoloq bildirib.

Əli Mustafa qeyd edib ki, Rusiyada daha çox diasporun Azərbaycanın hədəfə alınması bir qədər vəziyyəti ağırlaşdırır. Politoloqun fikrincə, dövlətin müvafiq qurumları Rusiyadakı azərbaycanlılarla bağlı çox ciddi bir dövlət proqramı hazırlamalıdır, istənilən ekstremal şəraitə biz hazır olmalıyıq.

“Hələ Rusiya-Ukrayna savaşı Rusiyaya komfort vermir ki, Azərbaycana qarşı daha sərt addımlar atsın. Amma risklər var. Deməli, Azərbaycan müəyyən adekvat addımlar atmalıdır. Hər halda, münasibətlərin perspektivini proqnozlaşdırmaq çox da asan deyil. Kabanovun çıxışında “Azərbaycan təyyarələr verir” və s. kimi çox cəfəng fikirlər var. Aydın məsələdir ki, Azərbaycanın Ukraynaya hərbi təyyarələr vermək kimi imkanı yoxdur. Əlbəttə, bunlar böhtandır. Hər halda, bu adamın çıxışlarının ifşa olunması istiqamətində də yalnız burada deyil, Rusiya mətbuatında da müəyyən işlər görmək lazımdır. Yəni onu ifşa edən materiallar və mövqelərin də qoyulması olduqca vacibdir”-deyə Əli Mustafa vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri