Icma.az
close
up
RU
Sərnişindaşımada müasir çağırışlar

Sərnişindaşımada müasir çağırışlar

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“İctimai nəqliyyat” məqsədli Büdcə Fondu xidməti yüksəltməyi təmin edəcək

Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən bu sahədə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin reallaşdırılması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla ictimai nəqliyyat daşıyıcılarının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunın yaradılması qərara alınıb.

Sənəddə yaradılan fondun avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə nəzərdə tutulan yol vergisi, eləcə də nəqliyyat vasitələrindən paytaxtın ödənişli hərəkət zonalarına daxil olarkən əldə edilən vəsait kimi mədaxil mənbələri hesabına formalaşacağı müəyyənləşdirilib. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiqlənən xərclər çərçivəsində sərəncamçısının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olması nəzərdə tutulub.

Fərmana əsasən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində də nağdsız ödəniş sisteminə keçirilən nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını gerçəkləşdirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara sıxılmış təbii qaz və elektrikli avtobuslara görə subsidiya ödənilməsi qərara alınıb.

Sənəddə yuxarıda qeyd edilənlərlə bərabər, Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin ərazilərə daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə nəzərdə tutulan inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın gerçəkləşdirilməsi, sərnişin axınının intensivliyi, eləcə də avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müəyyənləşdirdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlanılması və bu prosesin 2028-ci il yanvarın 1-dək başa çatdırılması qərara alınıb.

Ekspertlər tərəfindən dövlət başçısının bu fərmanı son illərdə sürətlə artan nəqliyyat problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilir. Bildirilir ki, Bakı şəhərində avtomobil sıxlığı artıq təkcə paytaxt sakinlərinin gündəlik rahatlığına, eləcə də ölkənin sosial-iqtisadi və ekoloji təhlükəsizliyinə mənfi təsir göstərir.

Sözügedən fərmana əsasən yaxın perspektivdə ölkənin nəqliyyat sahəsində yeni qaydalar tətbiq edilməklə məsafə əsaslı avtomobil nəqliyyatı xidməti işə düşəcək, Bakıda isə ödənişli hərəkət zonaları yaradılacaq. Bu dəyişikliklər həm yol hərəkətinin idarə olunmasına, həm də paytaxtda sıxlığın azaldılmasına xidmət edəcək.

Bakı kimi iri şəhərlərdə nəqliyyat vasitələrinin sayının sürətlə artması atmosferə buraxılan zərərli qazların həcmini kəskin şəkildə yüksəldib. Xüsusilə karbon dioksid (CO₂) emissiyalarının çoxalması qlobal iqlim dəyişikliyi ilə mübarizədə əlavə çətinliklər yaradıb. Bundan əlavə, nəqliyyat sıxlığında mühərriklərin səmərəsiz işləməsi nəticəsində havaya buraxılan digər toksik maddələr – karbonmonoksid, azot oksidləri və hissəciklər insanların sağlamlığına birbaşa təsir göstərməyə başlayıb. Bu amillər tənəffüs yolları xəstəliklərinin, ürək – damar problemlərinin artmasına gətirib çıxarıb. Eyni zamanda, sıx nəqliyyat axınında yaranan yüksək səviyyəli səs-küy insanlarda əsəb gərginliyi, stres və yuxu problemləriı yaradır. Bu isə həm əmək məhsuldarlığını azaldır, həm də psixoloji gərginliyi artırır.

Avtomobil sıxlığının digər mənfi tərəfi onun iqtisadiyyata vurduğu ziyandır. Belə ki, nəqliyyat vasitələrinin hərəkət sürətinin aşağı düşməsi yanacaq sərfiyyatını artırır, əlavə xərc yaradır və nəticədə həm vətəndaşların, həm də dövlətin maliyyə yükü ağırlaşır. Bundan başqa, tıxaclarda saatlarla vaxt itirən hər bir şəxs iş və şəxsi fəaliyyətində geriləmələrlə üzləşir.

Dünya Bankının araşdırmalarına görə, iri şəhərlərdə yol tıxaclarının iqtisadiyyata vurduğu zərər ÜDM-in 2-4 faizinə qədər yüksəlir. Bakı şəhərində də vəziyyət fərqli deyil. Burada avtomobil nəqliyyatının optimal idarə olunmaması həm yanacaq itkilərinə, həm də məhsuldarlığın azalmasına gətirib çıxarır.

Prezidentin imzaladığı Fərman məhz bu problemlərin qarşısını almağa yönəlib. Burada əsas hədəf müntəzəm sərnişin daşınmasının daha səmərəli şəkildə təşkili, ictimai nəqliyyatın əlçatanlığının artırılması və mərkəzi küçələrdə avtomobil axınının azaldılmasıdır.

Ekspertlər tərəfindən adı çəkilən Fərmanın həyata keçirilməsi nəticəsində bir neçə mühüm nəticə əldə olunacağının gözlənildiyi bildirilir:

– ictimai nəqliyyatın inkişafı şəxsi avtomobillərə alternativ yaradacaq və bu da yol yükünün aşağı düşməsinə – tıxacların azalmasına səbəb olacaq;

– zərərli qaz emissiyalarının azalması paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək;

– sıxlığın azalması nəticəsində qəzaların sayı aşağı düşəcək, yol təhlükəsizliyi artacaq;

– nəhayət, daha sürətli, rahat və qənaətcil ictimai nəqliyyat vətəndaşların gündəlik həyat keyfiyyətini yüksəldəcək, əhalinin rahatlığı təmin olunacaq.

Avropa və Asiyanın bir çox ölkələrində oxşar yanaşmalar artıq tətbiq olunub. Məsələn, Sinqapurda mərkəzi küçələrə avtomobil girişinə ciddi məhdudiyyətlər qoyulub, ictimai nəqliyyat və velosiped istifadəsi təşviq edilib. Londonda isə “congestion charge” adlanan sistem vasitəsilə mərkəzi ərazilərə daxil olan avtomobillərdən əlavə ödənişlərin alınmasına başlanıb. Bununla da həm yol sıxlığı aradan qaldırılıb, həm də ictimai nəqliyyatın inkişafına əlavə maliyyə mənbəyi yaradılıb.

Avropa şəhərlərində tramvay və metro kimi ictimai nəqliyyat vasitələrinin inkişafına da böyük önəm verilir. Bu ictimai nəqliyyatlardan istifadənin diqqətdə saxlanılması ilə ekoloji davamlılıq, iqtisadi səmərəlilik və sosial rahatlığın təmin olunması gerçəkləşdirilir.

Ekspertlər tərəfindən Prezident İlham Əliyevin imzaladığı sözügedən fərman isə Azərbaycanda nəqliyyat siyasətinin yeni mərhələsinə keçidin başlanğıcı kimi qiymətləndirilir. Bu addım şəhər həyatında ekoloji balansın qorunması, iqtisadi itkilərin minimuma endirilməsi və əhalinin rahatlığının təmin olunması məqsədi daşıyır.

Bakı kimi dinamik inkişaf edən bir metropol üçün nəqliyyat infrastrukturunun düzgün idarə olunması, müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsi gələcəkdə həm şəhərsalma, həm də sosial rifah baxımından mühüm əhəmiyyətə malikdir. Yeni fərmanın uğurlu icrası ilə yaxın perspektivdə Azərbaycan paytaxtının regionun ən müasir, ekoloji baxımdan təmiz və iqtisadi cəhətdən səmərəli şəhərlərindən birinə çevriləcəyi gözlənilir.

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanın önəmindən danışan ekspertlər onu da bildirirlər ki, bu sahədə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin, eləcə də təhlükəsizliyinin reallaşdırılması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla ictimai nəqliyyat daşıyıcılarının fəaliyyətinin səmərəli təşkili məqsədilə bir sıra mühüm önəm daşıyan layihələrin reallaşdırılması da planlaşdırılır. Məsələn, nəqliyyat vasitələrinin müəyyənləşdirilən zonalara daxil olduqda ödəniş ediləcəyi bildirilir. Bu zaman ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri (elektromobillər) üçün girişin pulsuz olacağı da vurğulanır. Bundan başqa, ödənişin məbləği və üsullarının da fərqli ola biləcəyi, məsələn, ödənişin mobil tətbiq vasitəsilə, terminallar və ya digər ödəmə kanalları vasitəsilə reallaşdırılacağı qeyd edilir.

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, həyata keçiriləcək layihələrdə əsas məqsəd ictimai nəqliyyatdan istifadə edən vətəndaşların yollarda qalmamalarına, vaxtında ünvana çatmalarına nail olmaqdır. Bunun üçün özəl daşıyıcılara müəyyən subsidiyaların verilməsi də nəzərdə tutulur. Bu subsidiyalar isə ödənişli zonalara daxil olan sürücülərdən alınan rüsumlar və digər ödənişlər hesabına formalaşacaq İctimai Nəqliyyat Fondu vasitəsilə ödəniləcək. Artıq özəl daşıyıcılar dövlət tərəfindən birbaşa subsidiya aldıqdan sonra keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə borclu olacaqlar. Bu halda nə marşrut, nə də saat məsələsi problem yaratmayacaq.

Elməddin MURADLI,
nəqliyyat eksperti

Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Bundan başqa, Bakıda ödənişli hərəkət zonalarının təşkili də nəzərdə tutulur.

Dövlətimiz tərəfindən ictimai nəqliyyata dəstək olan bu fərman respublikada ilk dəfə tətbiq ediləcək bir mexanizmin icrasını gerçəkləşdirmək məqsədi daşıyır. Bu məsələ illərdir ki, müzakirə olunurdu. Burada daşıyıcılar sadəcə olaraq avtobus sahəsində inkişafı planlaşdırır və buna görə onlara dövlət tərəfindən müəyyən subsidiyaların ödənilməsi nəzərdə tutulur.

Sənəddə göstərilir ki, hər kilometrə görə daşıyıcıya dövlət tərəfindən haqq veriləcək. Daşıyıcını avtobusa nə qədər sərnişinin minməsi, nə qədər sərnişinin düşməsi kimi sualların cavabı artıq maraqlandırmayacaq. Nağdsız ödəniş prosesində bu, baş verirsə, həmin daşıyıcı dövlətdən dəstək ala biləcək. Amma belə bir məsələdə müəyyən şərtlər də var. Belə ki, marşrut xətlərində elektrikli, sıxılmış qazla işləyən avtobuslar fəaliyyət göstərməlidir. Dizel mühərrikli ictimai nəqliyyat vasitələri isə bu sıraya şamil edilmir. Nağdsız ödəniş məsələsi təbii ki, burada diqqət mərkəzində saxlanılır.

Fərmandan həm də görünür ki, Bakı şəhərində də ödənişli yollar yaradılacaq. Bu ödənişli hərəkət zonaları adlanır. Müəyyən bir məsafədə insanlar həmin yollardan yalnız ödənişlə istifadə edə biləcəklər. Bu dünya təcrübəsində var, Azərbaycanda da 2027-ci ildən tətbiq edilə bilər. Hələlik paytaxtda hansı yolların ödənişli olacağı dəqiq bilinmir. Amma bu fərmanın icrasının 2027-ci ilin yanvar ayına təsadüf edəcəyi vurğulanır. Fərmanın aid edildiyi bölgələr də müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri, eləcə də Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarıdır.

Beləliklə, bu qərar Bakı şəhərinin mərkəzində getdikcə dərinləşən tıxac probleminin müəyyən qədər həll olunmasına böyük töhfə verəcək. Çünki bu gün paytaxtın mərkəzi küçələrində avtomobillərlə hərəkət etmək çətinləşib. Ödənişli ərazilər yaranandan sonra həmin ərazilərə daxil olan avtomobillərin sayının kifayət qədər azalacağı və insanların ictimai nəqliyyat vasitəsilə daha rahat hərəkət edəcəyi gözlənilir.

Sonda bildirmək istərdim ki, son illər nəqliyyat sektorunda genişmiqyası islahatlar aparılıb, müəyyən addımlar atılıb və strateji yol xəritəsi formalaşdırılıb. Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Dövlət Proqramı da uğurla icra olunub.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see339

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see267

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see171

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see138

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see135

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see123

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see123

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see122

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see121

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see120

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see119

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see116

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri