Icma.az
close
up
RU
Azərbaycana təhqir yağdıranların İP i... Sübut edildi

Azərbaycana təhqir yağdıranların İP i... Sübut edildi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Azərbaycana qarşı Türkiyədən təhqirlər yağdıran kifayət qədər şəxs var. Bunların 80 faizi bir mərkəzdən idarə edilir. Eyni İP-dən daxil olan bu şəxslərin bir neçə profil yaratdığı sübut edilib. Hətta 228 nəfərin İP-si İsrailə gedib çıxır. Qalan İP-lər isə Türkiyə və Avropa ölkələrinə aiddir. Bu fakt vaxtilə Türkiyədə böyük qalmaqala səbəb olan “Doçkacı Helqa” hadisəsini xatırladır və kürdlər bu qadının təsirinə düşüb vətənlərinə qarşı dönmüşdülər.

1990-cı illərdə PKK sıralarında yer alan Almaniya vətəndaşı Eva Tatyana Ursula Yuhnke təşkilat daxilində “Kani” kod adından istifadə edirdi. 1965-ci il təvəllüdlü Yuhnke 1993-cü ildə PKK-ya qoşularaq Şimali İraqdakı təşkilat düşərgələrində silahlı fəaliyyətlərdə iştirak edib.

Qeyd edim ki, tək olmayıb bu qadın. 1993-cü ildə Almaniyadan 3-ü qadın olmaqla, 5 alman vətəndaşı (Eva Yuhnke – “Kani”, Vera Heesene – “Medya”, Ulriç Maykl – “Çekdar” və s.) əvvəlcə Livanın Bəkaa vadisindəki düşərgəyə, oradan isə həmin ilin yayında silahlı təlim keçmək üçün Şimali İraqa göndərilib.

Onlar vasitəsilə yerli kürd qadınlar və gənclər arasında intensiv dərslər, seminarlar keçirilir, millətçi və marksist radikalizm aşılanırdı. Onların əsas funksiyalarından biri yerli xalqın daxilindəki narazılıqları sistematik şəkildə dövlətə qarşı silahlı nifrətə çevirmək idi.

Kani Türkiyənin ərazi bütövlüyünü sarsıtmaq, kürd xalqını manipulyasiya edərək dövlətə qarşı qaldırmaq və münaqişəni beynəlxalq müstəviyə daşımaq üçün psixoloji və siyasi müharibə strategiyasının iştirakçısı idi.

O, 1997-ci ilin oktyabrında türk əsgərləri tərəfindən yaxalanıb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, Yuhnke Hakkaridəki jandarm bölmələrinə təhvil verilib.

17 sentyabr 1998-ci ildə Van Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən PKK-ya üzv olmaq ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib. Məhkəmə prosesində Yuhnkenin həbs şəraiti və bəzi tətbiqlərlə bağlı şikayətləri daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedib çıxıb. Məhkəmənin 2008-ci il tarixli qərarında işin bəzi aspektlərində Türkiyəyə qarşı “hüquq pozuntusu” qərarı çıxarıb.

Yuhnke 2004-cü ilin dekabrında azadlığa buraxılıb və Almaniyaya deportasiya edilib. Beləliklə, o, 1990-cı illərdəki Türkiyə-PKK münaqişəsinin yalnız regional deyil, həm də Avropadan qoşulan xarici ünsürlərin də daxil olduğu beynəlxalq bir miqyas daşıdığına dair diqqətçəkən nümunələrdən biri olub.

Türkiyədə oturub Azərbaycana nifrət qusanların arxasında xarici kəşfiyyat orqanları, PKK idealogiyası və erməni lobbisinin maliyyə dəstəyi dayanır. Türkiyədə oturub Azərbaycana düşmənçilik edənlər, əslində 90-cı illərdə dağda Türkiyəyə qarşı vuruşan "Helqa"ların bu gün klaviatura arxasında oturan formalarıdır. 90-cı illərdə dağdakı silahılılara "Türkiyə sizin düşməninizdir" təbliğatı aparan mərkəzlər, bu gün rəqəmsal platformalarda "Azərbaycan sizin qardaşınız deyil" tezisini yayırlar

Zaman dəyişib, müharibənin forması dağlardan sosial şəbəkələrə daşınıb. Türkiyə dövləti 90-cı illərdə Eva Yuhnkeni Hakkaridə necə sağ yaxalayıb zərərsizləşdirdisə, bu gün də iki dövlətin birliyinə zərbə vurmaq istəyən rəqəmsal terrorçular mütləq cəzalarını almalıdılrar. Yoxsa bu şəxslərin idarə edənlər istədiklərini edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri