Icma.az
close
up
RU
Mehdiyevin Azərbaycana xəyanətini sübut edən Kremlə yazılan məktub üzə çıxdı FOTOFAKT

Mehdiyevin Azərbaycana xəyanətini sübut edən Kremlə yazılan məktub üzə çıxdı FOTOFAKT

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.

Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.

Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.

 Tribunainfo.az  Apa-ya istinadən Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edir.

Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.

Ramiz Mehdiyevin Kremlə yazdığı məktubun məzmunu belədir:

Dövlət idarəetmə sistemində islahatlarla bağlı təkliflər

Son illər dövlət idarəetmə sistemini və Azərbaycanın iqtisadi həyatını bürümüş dərin böhran radikal islahatların və yenidənqurmanın həyata keçirilməsini tələb edir.

Mövcud idarəetmə sisteminin səmərəsizliyi bir tərəfdən hazırkı hakimiyyətin xarakteri, davranışları və baxışları ilə bağlıdırsa, digər tərəfdən, bu struktur özü avtoritarizm ruhu ilə sıradan çıxmış və iflic vəziyyətinə düşmüşdür.
Bu idarəetmə sisteminin əsas cizgilərini yalnız referendum vasitəsilə dəyişdirmək mümkündür.

Yeni idarəetmə modelinin və prinsiplərinin hazırlanması zamanı ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyası, dövlətə dair ənənəvi gözləntiləri nəzərə alınmalı, ölkənin sosial-iqtisadi həyatında durğunluğun real səbəbləri müəyyən edilərək aradan qaldırılmalıdır.

Uzun illər strateji dövlət orqanlarına rəhbərlik etdiyim dövrdə topladığım idarəçilik təcrübəsi, həmçinin müasir Azərbaycanın siyasi inkişafı ilə bağlı apardığım elmi araşdırmalar mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Dövlət hakimiyyəti üç qoldan ibarət olmalıdır:
• qanunverici,
• icraedici,
• və məhkəmə hakimiyyəti.

Bu üç qolu Gənclər, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri arasından seçilən, cəmiyyətdə nüfuza malik 50 nəfərdən ibarət Dövlət Şurası nəzarət etməlidir.
Dövlət Şurası ümumxalq seçkisi yolu ilə formalaşdırılmalıdır.

Şuraya sədrlik edən şəxs, elə Dövlət Şurasının üzvləri tərəfindən öz sıralarından seçiləcəkdir.
Sədr yalnız Şura üzvlərinin səsverməsi ilə vəzifədən kənarlaşdırıla bilər.

Dövlət Şurasının səlahiyyətləri:

• ölkədə siyasi, sosial və iqtisadi proseslərə tam nəzarət,
• Konstitusiya Məhkəməsinin və Təhlükəsizlik Şurasının funksiyalarının icrası,
• parlamentin qəbul etdiyi qanunların və hökumət qərarlarının təsdiqi,
• güc strukturlarının rəhbərləri, məhkəmə sisteminin başçısı, Mərkəzi Bank rəhbərliyi və universitet rektorları üçün namizədlərin irəli sürülməsi.

Dövlət Şurasına qanunlara və qərarlara veto qoymaq hüququ verilir.

Dövlət Şurası 7 il müddətinə seçiləcək, üzvlər bu dövrdə toxunulmazlıq və immunitetə sahib olacaqlar.
Şura üzvləri yalnız elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilər və başqa heç bir fəaliyyət göstərə bilməz.

2. İcra hakimiyyətinin başçısı — Baş nazir olacaqdır.

Baş nazir parlament seçkilərində ən çox səs toplamış partiyanın sədri olacaq və həmin şəxs hökuməti formalaşdıracaq.
Hökumət ölkənin sosial-iqtisadi siyasətinin həyata keçirilməsinə görə məsul olacaqdır.

3. Qanunverici hakimiyyəti parlament həyata keçirəcək.

Parlament 7 ildən bir ümumxalq seçkisi ilə formalaşdırılacaq.
Parlament:
• hökumətin fəaliyyətinə dair hesabat qəbul edəcək,
• sosial-iqtisadi siyasətə cavabdeh olan nazirləri təsdiq edəcək,
• yalnız güc strukturlarının rəhbərləri bu qaydadan istisna təşkil edəcək.

4. Məhkəmə hakimiyyəti əvvəlki kimi Ali Məhkəmə və ona tabe strukturlar vasitəsilə həyata keçiriləcək.

Nəticə

Bu dəyişikliklər ölkəni prezident respublikasından effektiv nəzarət mexanizminə malik parlament respublikasına keçirəcək.

Bu islahatlar:

• avtoritarizm meyllərini zəiflədəcək,
• hakimiyyətin şəxsləşdirilməsinin qarşısını alacaq,
• dövlət fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək,
• beynəlxalq səviyyədə ölkənin demokratik imicini yaxşılaşdıracaq,
• siyasi qüvvələrin fəaliyyətinə geniş imkanlar yaradacaq,
• vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə xidmət edəcək.

Ramiz Mehdiyev
AMEA akademiki

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri