Icma.az
close
up
RU
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir

Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə start verilib. 

Artıq ABŞ nümayəndə heyəti də Ermənistana gedərək proseslə bağlı ilkin addımları atır. Yaxın perspekivdə dəhlizin açılaraq istifadəyə verilməsi gözlənilir. Azərbaycanın təhlükəsizliklə bağlı tələbi də öz həllini tapıb.

Belə ki, vətəndaşlarımız sözügedən dəhlizdən tam təhlükəsiz şəkildə keçə biləcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə danışıb. Onun sözlərinə görə, Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milli, irqi, dini və vətəndaşlığına görə heç bir bölgü olmadan hər kəsə şamil edilir. 

O, təhlükəsiz keçidlə bağlı bunları deyib: 

“Ermənistan müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışır. Xüsusilə, sərhədləri keçmək məsələsində buna can atırıq. Ölkələrdə adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarəti təmin olunur. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər”. 

Görünən odur ki, vətəndaşlarımızın Zəngəzur dəhlizindən təhlükəsiz keçidinə təminatı ABŞ verib. Paşinyanın açıqlamalarından da bunu anlamaq olur. Nəzərə almaq lazımdır ki, Baş nazirin bəhs etdiyi müasir texnologiyalar Ermənistanda yoxdur. Həmin texnologiyaların ABŞ-yə məxsus olduğu bəllidir. Əslində, bu da Azərbaycanın daha bir tələbinin həyata keçməsi deməkdir. 

Çünki Ermənistan təcavüzkar və işğalçı tərəf olduğu üçün onun deyil, başqa bir dövlətin təminat verməsi labüd idi. İndiki vəziyyətdə isə bu təminat ABŞ kimi supergüc tərəfindən verilir. Bu isə Bakının diplomatik qələbəsi kimi qiymətlənidirilməlidir. Milli Məclisin deputatı Elman Nəsirov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan sülh proseslərinin ən mürəkkəb aspektlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi:

“Bu məsələ o qədər qəliz və mürəkkəb idi ki, hətta tərəflər sülh müqaviləsindən müvafiq bəndin çıxarılması ilə bağlı razılığa gəlmişdilər. 

Çünki sülh müqaviləsinin imzalanmasına Zəngəzur dəhlizi ilə bağlı məsələ mane olurdu. Bu məsələyə daha sonra baxılması qərarlaşdırıldı. Hazırda sülh müqaviləsi mətninin 17 bəndi paraflanıb və orada bu məsələ öz əksini tapmayıb. Lakin 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Həmin görüşdə mühüm bir sənəd imzalandı. 

Birgə bəyanatda artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi Bakının əsas tələbinə istinad edilir. Belə ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına quru əlaqəsi bərpa olunur. Həmin nəqliyyat dəhlizi ilə sərnişinlər və yüklərin hansısa əngəl olmadan hərəkəti təmin edilir. Yəni ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılıq əldə olunub”. 

Millət vəkili xatırladıb ki, “Tramp marşrutu” adlanan nəqliyyat dəhlizinini qurulması və oradan keçən insanların təhlükəsizliyinin təmin edilməsini 99 il müddətində ABŞ şirkəti öz üzərinə götürüb: 

“Bu, artıq təhlükəsizlik təminatı deməkdir. Çünki ABŞ-nin “Tramp marşrutu” adlanan Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməyi üzərinə götürməsi çox ciddi məsələdir. Söhbət dünyanın fövqəldövlətinin bu prosesdə iştirakından gedir. Nikol Paşinyan da bu faktı təsdiqləyir. 

Beləliklə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması yolunda əsas əngəllərdən biri də aradan qalxdı. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləndən sonra Konstitusiyada dəyişiklik ola bilər. Artıq bu da bəllidir. Hesab edirəm ki, 2026-cı ildə həm Zəngəzur dəhlizinin açılması, həm də sülh müqaviləsinin imzalanması nöqteyi-nəzərdən həlledici il ola bilir. Hətta 2026-cı ili “sülh ili” də adlandırmaq mümkündür”. 

Millət vəkili diqqətə çatdırıb ki, indiyə kimi ABŞ-nin iştirakı olmadan aparılan danışıqlarda Ermənistan təhlükəsizliklə bağlı məsələlərdə ciddi təminatlar verə bilmirdi: 

“Həmçinin, Ermənistan yüksək səviyyəli təhlükəsizlik təminatları verə biləcək bir ölkə də deyil. Hətta bununla bağlı vədlər versə belə, onları icra edə bilməz. 

Ona görə də burada fövqəldövlətin iştirakı və onun təmsilçiliyi çox ciddi faktordur. Təxminən 44 kilometrlik Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək ABŞ üçün elə də çətin məsələ deyil. Belə olan vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyasının bərpası real məzmun almağa başlayacaq”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Zəngəzur dəhlizi Ağ Ev Azərbaycan ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri