Icma.az
close
up
RU
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir

Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın dövlət başçılarını qəbul edib.

Zirvə görüşü əvvəl ikitərəfli, sonra isə beştərəfli formatda baş tutub.

Qeyd edək ki, ABŞ və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığını nəzərdə tutan “S5+1” formatı çərçivəsində vaxtaşırı müzakirələr aparılır. Lakin Donald Tramp bu müzakirələrin ABŞ-nin Mərkəzi Asiyaya marağının artması ilə bağlı olduğunu açıq ifadə edib.

“Bu xalqlar bir vaxtlar Şərqlə Qərbi birləşdirən qədim “İpək Yolu”nun vətəni olublar. Təəssüf ki, Amerikanın əvvəlki prezidentləri bu bölgəyə laqeyd yanaşıblar. Ancaq mən bu bölgənin əhəmiyyətini başa düşürəm”. 

Mərkəzi Asiya Trampın həm birinci, həm də ikinci prezidentliyi dönəmində ABŞ üçün geosiyasi və geoiqtisadi planda diqqət mərkəzində olub.Hələ 2018-ci ilin yanvar ayında Donald Tramp Ağ Evdə Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayevi, may ayında isə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi qəbul etmişdi. “S5+1” formatının əvvəlki illərdən fərqli olaraq, aktivləşməsi ABŞ ilə Çin arasında artan rəqabətlə izah olouna bilər.

Digər tərəfdən, həmin vaxt ABŞ qoşunlarının Əfqanıstanda iştirakı Tramp administrasiyasının Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməsində strateji əhəmiyyət kəsb edirdi. ABŞ-nin sabiq Dövlət katibi Mayk Pompeonun 2020-ci ildə Özbəkistana və Qazaxıstana səfərlərinə də bu kontekstdə baxmaq lazımdır.

Donald Trampın prezidentliyinin ikinci müddətində yenidən Mərkəzi Asiyaya önəm verməsi sözügedən amillərlə bağlı olaraq qalır. Çünki ABŞ-Çin rəqabəti 2017-2021-ci illərlə müqayisədə daha gərgin mərhələyə daxil olub. Ukraynada baş verən müharibə ilə əlaqədar Rusiyanın Mərkəzi Asiyada geosiyasi təsirinin zəifləməsi regionda Çinin mövqelərinin güclənməsi ilə müşahidə olunur. 

Tramp administrasiyası isə Çinin artan təsirinin qarşısını almaq üçün bölgə dövlətləri ilə əməkdaşlığı dərinləşdirməyə üstünlük verir. Öz növbəsində, Mərkəzi Asiya ölkələri də ABŞ-la yaxınlaşmağa Çinin iqtisadi təzyiqləri qarşısında balanslaşdırıcı amil kimi baxır. Lakin Trampın birinci prezidentliyi dönəmindən fərqli olaraq, hazırda ətraf regionlarda baş verən geosiyasi dəyişikliklərin Mərkəzi Asiyaya təsiri həm ABŞ, həm də Çin üçün daha cəlbedici edir. 

Bu da rəqabətin güclənməsinə təkan verir. Söhbət Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması və kommunikasiyaların açılmasına dair razılaşmanın əldə olunması ilə əlaqədar Mərkəzi Asiyanın perspektivdə Çin və Avropa arasında əsas nəqliyyat-ticarət dəhlizinə çevrilməsi imkanlarından gedir.

Trampın Ağ Evdə görüş zamanı ABŞ-nin əvvəlki liderlərinin “İpək yolu”nun keçdiyi bölgəyə laqeyd yanaşmasını təəssüflə vurğulaması Vaşinqtonun xarici siyasətində Mərkəzi Asiyaya prioritet yer ayırdığını göstərir. 

Ukraynada baş verən müharibə fonunda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin əsas nəqliyyat-kommunikasiya marşrutuna çevrilməsi “Orta dəhliz” uğrunda rəqabəti artırıb. Zəngəzur dəhlizinin “Beynəlxalq sülh və Rifah Naminə Tramp Marşrutu” adlanmasına dair ABŞ və Ermənistan arasında avqustun 8-də imzalanmış razılaşma bu prosesin tərkib hissəsidir. 

Bu dəhlizə “Bir kəmər, bir yol” layihəsini reallaşdırmaq üçün Çin də maraq göstərir. Trampın Mərkəzi Asiyanın beş lideri ilə görüşü “Orta dəhliz”ə nəzarət uğrunda ABŞ və Çin arasında rəqabətin fəallaşması kimi başa düşülə bilər. 

Ağ Evdəki danışıqlar ərəfəsində diqqəti çəkən daha bir məqam isə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin bu görüşdə Azərbaycanın Dövlət başçısı İlham Əliyevin də iştirakını arzuladığını deməsidir. Bu, ilk növbədə coğrafi mövqeyinə görə Azərbaycanın “Orta dəhliz”in Mərkəzi Asiyaya və əks istiqamətdə çıxışı təmin edən əsas tranzit ölkəsi olması ilə bağlıdır. 

İkincisi, Tokayevin açıqlaması “S5+1” formatının “S6+1”-ə çevrilməsi təklifi kimi başa düşülə bilər. ABŞ-nin artıq Zəngəzur dəhlizinin əsas operatoru olacağını nəzərə alsaq, bu formatın yaradılması real görünür.

Bu halda Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan 6 dövlətin ABŞ ilə strateji əməkdaşlıq formatı yaranmış olar. Yəni ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı strategiyasında TDT-ni mühüm əməkdaşlıq platforması kimi qəbul edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Tramp Ağ Ev ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri