Icma.az
close
up
RU
Azərbaycana xaricdən nələr gəlir? Təəccübləndirən məhsullar var

Azərbaycana xaricdən nələr gəlir? Təəccübləndirən məhsullar var

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın mühüm növ qeyri-neft-qaz məhsullarının idxal göstəriciləri bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, açıqlanan rəsmi statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilən bir sıra əsas məhsulların həcmində və dəyərində nəzərəçarpan dəyişikliklər qeydə alınıb.

Hesabat dövründə ən çox vəsait minik avtomobillərinin idxalına yönəldilib. 8 ay ərzində ölkəyə 788 milyon 464.8 min dollar dəyərində 42 min 755 ədəd minik avtomobili gətirilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 37.4 faiz, nominal ifadədə isə 36.6 faiz azalma deməkdir. Marqarita pizza

Ölkəyə gətirilən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalında isə artım meyli müşahid olunub. Belə ki, buğda idxalı nominal ifadədə 13.3 faiz artaraq 185.1 milyon dollara (841.6 min ton), bitki yağlarının idxalı 27.5 faiz artaraq 155 milyon dollara (101.9 min ton), təzə meyvə idxalı isə 17.9 faiz artaraq 133.5 milyon dollara (103.4 min ton) çatıb. Həmçinin xam şəkər idxalının dəyəri 3.6 faiz artaraq 139.9 milyon dollar (309.6 min ton), unlu qənnadı məmulatlarının idxalı isə 13.1 faiz artaraq 95.4 milyon dollar (32.6 min ton) təşkil edib.

Səhiyyə və texnologiya sektorunda 308.3 milyon dollar dəyərində dərman vasitələri (8.7 min ton) və 127.5 milyon dollar dəyərində hesablama maşınları, blok və qurğuları (469.2 min ədəd) idxal edilib. Dərman vasitələrinin idxal dəyəri nominal ifadədə 0.6 faiz gerilədiyi halda, hesablama maşınlarının idxal dəyəri 21.6 faiz artıb.

Bununla yanaşı, kərə yağı və digər süd yağlarının idxalı nominal ifadədə 17.4 faiz azalaraq 102.3 milyon dollara (16.5 min ton) düşüb. Ən kəskin azalma isə qızıl idxalında qeydə alınıb; işlənməmiş, yarımışlənmiş və ya toz şəklində qızılın idxalı nominal ifadədə 99.4 faiz geriləyərək 21.2 milyon dollar (136.5 kq) təşkil edib. 

Cəlalə Cəlalqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri