Icma.az
close
up
RU
Hamımızı təəccübləndirən “İmişli”

Hamımızı təəccübləndirən “İmişli”

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“İmişli” premyer-liqaya vəsiqə qazananda çoxları sevindi. O cümlədən də mən. İstənilən halda bölgə təmsilçisinin elitaya yüksəlməsi, böyük futbolun coğrafiyasını əyalətə doğru genişləndirməsi bizim üçün sevindirici idi.

Təəssüf ki, bu qayıdış heç də gözlədiyimiz səviyyədə baş tutmadı. Məlum oldu ki, doğma rayondakı stadionda “İmişli” premyer-liqadakı rəqiblərini qəbul edə bilməyəcək. Uzun müddət elitadan kənarda qalan İmişlinin stadionu əvvəli görkəmini itirdiyindən premyer-liqanın tələblərinə cavab vermirdi. İdman qurğusunun klubun tabeliyinə verilməməsi rəhbərliyin də əlini-qolunu bağladı, onlar İmişli stadionunun təmiri üçün pul xərcləməkdən çəkindilər.
Bunun da nəticəsində ortaya heç də xoş olmayan mənzərə çıxdı. İmişlini təmsil edən eyniadlı komanda əvvəlcə özünə Şamaxıda “ev qurdu”, rəqiblərini orda qəbul etdi. Sonradan eşitdik ki, “İmişli”nin rəhbərliyi Bakıya sığınmaq istəyir, rahatlıq üçün paytaxtı seçirlər. Bu istəklərinə də əsas kimi “Araz Naxçıvan”ın rəqiblərini Bakıda qəbul etməsini göstərirlər, özlərinə də güzəşt tələb edirlər. Yaxşı ki, bu məsələdə AFFA və PFL rəsmiləri prinsipial davrandılar və “İmişli”nin Bakıya köç etməsinə imkan vermədilər. Görünən odu ki, “İmişli” rəqiblərini Qubada qəbul edəcək, hələ bir müddət də doğma rayondan uzaq qalacaq.
Bunun nə qədər belə davam edəcəyini də bilmirik. Mövcud vəziyyət İmişlidən olan futbolsevərləri narahat edir. Elə mənimlə birlikdə “İmişli”nin “Karvan-Yevlax”la oyununu izləyən dostum Həsən Həsənli də bu təəssüfünü ifadə edirdi. Deyirdi ki, o və yaxınları, futbolla maraqlanan qohumlar “İmişli”ni doğma rayonda görməyi, tribunaları doldurub komandalarına dəstək verməyi çox arzulayırlar. Hələ ki onların bu arzuları reallaşmır, “İmişli” adını daşıdığı rayondan uzaq gəzməyə davam edir.
Bu çətinliklərə baxmayaraq, “İmişli”nin nəticələri hamını təəccübləndirir. Mövsümün əvvəlində heç kim hadisələrin belə axarını təxmin edə bilməzdi. Hamıya elə gəlirdi ki, “İmişli” asanlıqla xal paylayacaq, ilk turlarda autsayderə çevriləcək. Deyir sən saydığını say, gör Jorj Kaşkilya və Azər Salahlı başda olmaqla onun güvəndiyi futbolçular nə sayır.
“İmişli” açılış turundan bəri bizi təəccübləndirməkdədi. Aran təmsilçisi Şamaxıda qəbul etdiyi “Turan Tovuz”a qarşı əməlli-başlı döyüşdü. Yalnız son saniyələrdə gələn qol “İmişli”nin bir xal qazanmaq arzusunun həyata keçməsinə imkan vermədi. Sonrasını siz də bilirsiz. “Neftçi” ilə görüşdə debütant arzuladığı bir xalı qazana bildi. “Sabah” üzərində Masazırda qazanılan qələbə isə mövsümün ilk ciddi sürprizi sayıla bilərdi.
“Sumqayıt”la görüşdə də “İmişli” qələbə qazanmağı bacardı, amma protokolun doldurulması zamanı yol verilən kobud səhv texniki məğlubiyyətlə nəticələndi. “İmişli” Qubada itirdiyini Şamaxıda qazanmağı bacardı. “Karvan-Yevlax”la görüşdəki böyükhesablı qələbə Jorj Kaşkilyanın komandasının əzmkarlığının, meydanda apardığı mübarizənin mükafatı idi. Bu, həm də o demək idi ki, ilk turlarda qazanılan xallar, “Turan Tovuz”la dramatik oyun heç də təsadüf deyilmiş. “İmişli”nin 2-ci turdan bəri qapısını toxunulmaz saxlamağı bacarması da bir ayrı məharətdi.
Bir sözlə, “İmişli” iddiasını ortaya qoymağı, hamını təəccübləndirməyi bacarıb. Könül istərdi ki, bu komanda tezliklə doğma rayona qayıtsın, öz azarkeşlərinin qarşısında, onların dəstəyini hiss edərək oynasın. İnanıram ki, onda nəticələr daha yaxşı olacaq. Klub rəhbərliyi bu qayıdış layihəsi üzərində mütləq düşünməlidi. Vaxt itirmək olmaz.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri