Icma.az
close
up
RU
Arxeoloqları təəccübləndirən tarixi kəşf

Arxeoloqları təəccübləndirən tarixi kəşf

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Çexiyada aşkar edilən 7.275 illik taxta quyu insanlığın mühəndislik bacarıqlarına dair bildiklərimizi yenidən dəyərləndirməyə vadar edir. 

"Ölkə.az" Qaynarinfo-ya istinadla xəbər verir ki, alimlər bu qədim qurğuda istifadə olunan texnikaların Tunç və Dəmir dövrlərinin izlərini daşıdığını bildirir. Bəs 7.000 il əvvəl belə mürəkkəb mühəndislik necə mümkün olub?

Arxeoloqların fikrincə, bu kəşf edilən quyu tarixdə bilinən ən qədim taxta tikililərdən biri ola bilər. İlk baxışda sıradan çürümüş taxta parçaları kimi görünsə də, aparılan dendroxronoloji analizlər (ağac halqaları vasitəsilə tarixləndirmə metodu) bu strukturun yaşını müəyyənləşdirərək elmi dairələrdə böyük təəccüb yaradıb.

Araşdırmalara görə, quyunun tikintisində istifadə olunan palıd ağacları e.ə. 5255-5266-cı illər arasında kəsilib. Bu da onu insan əli ilə tikilmiş ən qədim taxta qurğulardan biri kimi önə çıxarır.

Sözügedən quyu 2018-ci ildə Çexiyada D35 avtomobil yolunun tikintisi zamanı Ostrov qəsəbəsində aşkarlanıb. Quyudan çıxarılan keramika parçaları bu ərazinin Erkən Neolit dövrünə aid olduğunu təsdiqləyib. Lakin yaxınlıqda daimi yaşayış məskəni izlərinə rast gəlinməyib. Bu isə həmin quyunun bir neçə uzaq yaşayış yeri tərəfindən birgə istifadə olunmuş ola biləcəyini göstərir.

Quyunun bu günədək yaxşı qorunub saxlanmasının əsas səbəbi onun əsrlərlə su altında qalmasıdır. Elə bu mühit taxtaların çürüməsinin qarşısını alıb və onların bu günədək təhlil üçün əlverişli şəkildə qalmasını təmin edib.

Ən maraqlı məqam isə həmin dövrdə quyunun taxta materiallarla dəstəklənməsi və açılması kimi mürəkkəb mühəndislik işlərinin necə həyata keçirilə bildiyidir. Halbuki, ümumi qəbul edilmiş tarixə görə, sistemli kənd təsərrüfatı təxminən 6.000 il əvvəl Mesopotamiyada – Sümerlər tərəfindən inkişaf etdirilmişdi. Bu kəşf isə onu göstərir ki, insanlar bundan daha əvvəl də inkişaf etmiş texniki biliklərə sahib olublar.

Elm dünyasından şərh:

"Bu quyu bənzərsizdir. Onun tikinti texnikasında Tunç dövrü, Dəmir dövrü, hətta Roma dövrünə aid üsulların izlərini görmək mümkündür. Biz bu qədər dəqiq taxta işləmənin ibtidai alətlərlə mümkün ola biləcəyini düşünmürdük".

Bu tarixi tapıntı insanlığın mühəndislik qabiliyyətlərinin indiyədək düşündüyümüzdən çox daha erkən dövrlərdə inkişaf etdiyini sübut edir. Təhlillər göstərir ki, daş, sümük, buynuz və ya taxtadan hazırlanmış sadə alətlərlə belə, qədim icmalar yüksək səviyyəli tikililər inşa edə biliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 03:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri