Icma.az
close
up
RU
Azərbaycana yeni gələn üçüncü qardaşla MÜSAHİBƏ

Azərbaycana yeni gələn üçüncü qardaşla MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Karvan-Yevlax"ın almaniyalı hücumçusu Coy-Slayd Mikelsin Sportinfo.az-a müsahibəsi

- Premyer Liqanın ikinci turunda "Kəpəz"ə qalib gəlməyi bacardız. Görüşlə bağlı fikrin necədir?

- Oyun başlayanda buradakı atmosfer bizə bir az çətinlik yaratdı. İlk bir neçə dəqiqə çətinlik hiss etdik. Zaman keçdikcə isə təbii ki, daha da normallaşdı.

- Dediyin çətinlik nə ilə bağlı idiki?

- Qəbələdəki havanı nəzərdə tuturam. Mühiti deyirəm. Yüksəklikdir. Onunla bağlı bir qədər çətinliklərimiz oldu. Amma zaman keçdikcə, biz bunun da öhdəsindən gəldik. Hesabda 1:0 irəli çıxdıq və bizim işimizi də bir qədər asanlaşdırdı. Oyunun gedişinə də öz təsirini göstərdi. Zaman keçdikcə də oyunu ələ almağı bacardıq. Nəticəni də gördünüz. Şadam ki, qalib gəldik.

- Premyer Liqada ilk qolunu vurdun. Hansı hissləri keçirirsən?

- Əlbəttə, ikinci oyunda qol vurmaq mənim üçün sevindirici haldır. "Karvan"da ilk qolumdur. Komandamla qürur duyuram. Bu oyunları davam etdirəcəyik. Uğurlu nəticə qazanmağa çalışırıq.

- Ötən turda Şamaxıda süni örtüklü meydançada oynadınız, bu dəfə Qəbələdə təbii örtüklü meydançada. Bunlar haqda fikrin necədir?

- Düzdür, bizim üçün bir qədər çətindir. Ötən oyunda süni örtükdə oynamışıq. Amma iki oyun quruluşuna və sxeminə görə tam fərqlidir. Çünki təbii otda bir cür oyun alınır, süni örtükdə bir cür. Bütün komandalar üçün eynidir. Oyundan-oyuna dəyişir. Eyni qalmır.

- "Kəpəz" "Karvan-Yevlax"a üç xal gözü ilə baxırdı. Nəticə əksinə alındı. Səncə, futbol camiəsini təəccübləndirə bildiniz?

- Mən elə fikirləşmirəm ki, "Kəpəz" bizdən o xalları asanlıqla ala bilsin. Çünki bizim keyfiyyətli komandamız var. Oyundan-oyuna da komandamızın keyfiyyətini yaxşılaşacaq. Biz daha yaxşı oynamağa çalışacağıq.

- Azərbaycana, Premyer Liqaya, Yevlaxa adaptasiya dövrün necə keçir?

- Təcrübəmə əsaslanaraq deyirəm ki, oyundan-oyuna bu nəticələr daha da yaxşılaşacaq.

- Növbəti turlarda qardaşlarının komandalarına qarşı rəqib olacaqsan. Bu anları səbirsizliklə gözləyirsən?

- Əlbəttə, biz bunu gözləyirik. Onlarla bu barədə də danışmışam. Müzakirələr edirik. Kimin güclü, kimin zəif olduğunu və ümumilikdə söhbətlərimiz olur. Təbii ki, biz rəqabət və futboldan əlavə qardaşlarıq. Oyunlar olduqdan sonra bu barədə fikir söyləmək olar.

- Hər üçünüz də 20 nömrəli futbolka geyinirsiz. Leroy Mikels də ötən mövsüm "Şamaxı"da 20 nömrə idi, Lens də "Sabah"da 20 nömrədir...

- İlk təcrübəm bu nömrə ilə başlayıb. Mən özümə bu nömrəni götürdükdən sonra qardaşlarım da bu nömrələri özlərinə götürdülər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Avqust 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri