Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Üçüncü dünya müharibəsi qaçınılmaz olur MÜSAHİBƏ

Üçüncü dünya müharibəsi qaçınılmaz olur MÜSAHİBƏ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Politoloq Aytən Qurbanovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Tramp Zelenskini diktator adlandırmışdı. Sonradan isə fikrini dəyişmişdi. Bu, ABŞ Ukrayna münasibətlərində hansı məqama söykənir və onlar arasında əslində nə baş verir?

- ABŞ-Ukrayna münasibətlərini dəyərləndiririksə, Tramp administrasiyası dövründə ABŞ-Ukrayna münasibətləri kontekstində dəyərləndirə bilərik. Çünki Trampın dövründə hər dövlətə olan münasibət özünü fərqli formada göstərməyə başlayıb. Bu təzahürlər onu göstərir ki, Qrilandiyaya ərazi iddiası, Panama kanalını özünə birləşdirməklə bağlı iddialar səsləndirir. Meksika ilə bağlı fərqli iddiaları var. Bu kontekstdən qiymətləndirəndə Ukraynanın ərazi bütövlüyü, ya da Ukraynanın legitim prezidentinin diktator adlandırılması Tramp administrasiyası, ya da birbaşa Trampın dilindən çox da təəccüb doğuran məqam deyil. Düzdür, sonradan jurnalistlərin bununla bağlı ünvanladığı sualdan yayındı və bunu konkret olaraq açıqlamaqdan imtina etdi. Bir dəfə istifadə olunan ifadə artıq onun Putinə istinad edərək legitim olaraq hər hansı formada Ukraynanın rəhbəri kimi Zelenskini tanımadığını da bəyan etmiş oldu. Danışıqlar masasında Zelenskini Ukraynanın rəhbəri kimi görmək istəmədiyini göstərdi. Əslində Ağ evdə baş verənlər də bunun təzahürü idi. Onlar Zelenski ilə deyil, yeni formalaşacaq hökumətlə hər hansı bir formada sülh danışıqlarını davam etdirmək istəyirlər. Amma indiki şəraitdə, onsuz, seçkilərin keçirilməsi mümkünsüzdür. Ya da labüd şərt deyil. Çünki hal-hazırda Zelenskinin hakimiyyətinin legitimliyi Rada tərəfindən də təsdiqləndi. Bu heç bir halda sual altına qoyula bilməz. Digər istiqamətdə baş verən hadisələr onu göstərir ki, Ukraynanın taleyi əvvəldən müəyyənləşmişdi. 24 fevral 2022-ci ildə hərbi əməliyyatlar başlayanda əgər Ukrayna Krımı, ya da Şərqi Ukraynanı geri qaytara bilməyəcəkdisə, hərbi əməliyyatların başlanmasının mənasız olduğunu hər kəs çox yaxşı bilirdi. Onların geri qayıtmayacağını da hər kəs yaxşı anlayırdı ki, Rusiya işğal etdiyi əraziləri asanlıqla, sadəcə bəyanatlarla geri qaytaracaq dövlət deyil. Onsuz da, postsovet məkanında yeganə həll olunan münaqişə Qarabağ münaqişəsi idi. Bu da Azərbaycanın qurduğu doğru strategiya və atdığı addımlar, öz hərbi potensialı hesabına idi. Ukraynanın etmək istədiyi Qərbə arxalanaraq, Qərbə inteqrasiya yolu ilə Rusiya ilə birbaşa qarşıdurmaya getmək idi. Bunun oyun olduğu, onsuz, sonunda Ukraynanın ərazi bütövlüyünün güzəştə gediləcəyi çox aydın idi. Bu gün Ukraynanın acınacaqlı taleyi onun iştirakı olmadan həll olunur.

- Hər kəsin diqqəti Tramp-Putin görüşüdür. Siz bu görüşdən nə gözləyirsiniz? Tezliklə müharibə dayana bilərmi, yoxsa başqa lokal münaqişlər baş verə bilər?

- Əslində atəşkəs qaçınılmazdır. Mən də düşünürəm ki, yaxın günlərdə atəşkəsin olması ilə bağlı razılıq əldə olunacaq. Hətta Tramp administrasiyasından bəyanatlar eşidilməyə başlayıb ki, Putinlə danışıqlara gediləcək. Putinin həqiqətən də danışıqlara gedə biləcəyi yeganə şəxs Trampdır. Tramp müharibəni dayandıra bilər. Onsuz, müharibənin konteksti genişlənsə, təbii ki, üçüncü dünya müharibəsi qaçınılmaz olur. Biz Rusiya-Ukrayna müharibəsi başladığı gündən deyirdik ki, hərbi əməliyyatlara üçüncü, dördüncü tərəflər cəlb olunduğu halda bu artıq dünya müharibəsi xarakterini alacaq. Avropanın çəkindiyi də bununla bağlıdır. Onsuz, hərbi əməliyyatlara qoşulmaq niyyətində deyildi. Dəfələrlə 20, 30, 40 min ordu göndərəcəklərini dedilər, bununla bağlı müzakirələr aparıldı. Heç kim də ordu göndərmədi. Üç ildə deyilən onunla bağlı idi ki, heç kim gəlib ukraynalıların yerinə döyüşməyəcək. Heç kim Ukraynanın ərazi bütövlüyü ilə bağlı mübarizə aparmayacaq. Doğru vaxtı gözləmədən hərbi əməliyyatlara başlamağın nəticəsi ilə bağlı Ukrayna tarixdəki nəticələrdən dərs çıxarmalı idi. Birmənalı şəkildə Rusiya Ukraynanın ərazisini işğal edib. Bunu hər kəs qəbul edir, etiraf edir. Bu gün Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılması, təkbaşına Ukraynaya maliyyə dəstəyinin ayrılması, silahın verilməsi mümkün deyil. Ukraynada da yavaş-yavaş döyüşəcək insan resursu tükənir. Üç il davam hərbi əməliyyatlar yetəri qədər Ukraynanı çökdürüb. Ona görə də, sadəcə Tramp-Putin görüşü belə atəşkəsin əldə olunması ilə bağlı önəmli şərtləri irəli sürəcək.

- Qonşunun çətirinin altında qalan torpaqsız qalar məsələsidir. Zelenski Ərdoğanla görüşdü. Eləcə də, Putinin çətirinin altında Paşinyanı misal göstərə bilərik. Ola bilər ki, bu məsələlərdə Amerika Türkiyə ilə hesablaşsın?

- Mənim fikrimcə, Türkiyə ilə münasibətlərdə bu, Ukraynanın taleyinin həll olunmasından çox, Zelenskinin taleyinin həll olunmasına hesablanmış səfər idi. Çünki atəşkəsdən sonra Zelenskinin taleyi birmənalı qiymətləndirilmir. Bu gün ona qarşı ittihamlar yetəri qədər səsləndirilir. Bu gün onun yanında olan Avropa əgər atəşkəs imzalanarsa, həqiqətən də, onun təhlükəsizlik zəmanətini verəcəkmi? Bu, ciddi sual yaradır. Düşünürəm ki, Türkiyəyə səfəri və Ərdoğanla görüşü, bu şəklin xüsusi olaraq paylaşılması bunu hədəfləyən istiqamətlərdən biridir. Ukraynanın taleyi ilə əlaqədar dəyərləndirsək, artıq həll olunub. Türkiyənin bu formada Amerika ilə, ya da digər ölkələrlə münasibətlərini pozacağını düşünmürəm. NATO çərçivəsində də Türkiyənin kifayət qədər önəmli tərəfdaşlığı var. Orta Şərqdə də atdıqları önəmli addımlar var. Türkiyənin bu gün əsas hədəfi dövlət təhlükəsizliyinin, xarici-siyasi, regional hədəflərinin təmin olunması ilə bağlıdır. Təbii ki, Ukraynanın ərazi bütövlüyünə dəstək verir, təbii ki, Rusiyanın işğal faktını ilk gündən səsləndirən dövlətlərdən biridir.

- Barışıq müqaviləsi və sülh məsələləri nələrdir?

- İlkin şərtlər onsuz, seçkilərin keçirilməsi, atəşin dayandırılması kimi altı bənd var idi. Bu bəndlərə nəzər yetirəndə, ərazi bütövlüyünün tam bərpa olunması, Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılması kimi məsələlər yox idi. Ən önəmli məsələ təbii sərvətlərlə bağlı olan məsələ idi ki, Amerikanın Ukraynanın təbii sərvətləri üzərində söz sahibi olmasını ehtiva edirdi. Bu da Trampın iddia etdiyi kimi 350 milyard, faizlərlə birlikdə 500 milyardlıq borcun geri qaytarılması idi. Hətta Bayden adminstrasiyasını da ittiham etdi ki, 350 milyard ikimizin səbəbi odur, boşuna xərcləyiblər, onu tamam başqa istiqamətdə xərcləyə bilərdik. Sülh prosesi isə növbəti mərhələnin müzakirə mövzusudur. Düşünürəm ki, sülh prosesində hansı addımların atılması atəşkəsin əldə olunacaq müddəalarından asılıdır. Putin adminstrasiyası hansı formada atəşkəsdə təmsil olunacaqsa, növbəti mərhələdə də sülh danışıqları onunla bağlıdır. İstisnasız onu deyə bilərəm ki, ərazi sərhədləri ilə bağlı konkret bir mövqeni ifadə edə bilməsək də, Ukrayna parçalanıb.

- Rusiya hansı səbəblərdən barışıq prosesinə razılaşa bilər? İqtisadi, siyasi və ya hərbi faktorlar nə dərəcədə rol oynayır?

- Hərbi əməliyyatların bu qədər davam etməsi Rusiyanın marağında deyil. İstədiyini alıb, işğal edib, işğal etdiyi ərazilər də təbii sərvətlərlə zəngindir. Tamamilə Ukraynanın işğal olunması ilə bağlı Tramp tərəfindən də belə bir bəyanat səsləndirildi ki, istəsə, Kiyevi belə işğal edə bilər. Bu, Rusiyanın gücünün şişirdilmiş təqdim edilməsi idi. Artıq Rusiyanın müharibədən nə qədər qazanclı olduğunu göstərir. Yavaş-yavaş sanksiyalardan yayınır. Diplomatik nümayəndəliklərin, konsulluqların açılması ilə bağlı da növbəti addımlar atılacaq. Bu o deməkdir ki, hərbi əməliyyatların Rusiya üzərində qoyduğu yük istər sanksiyaların yumşaldılması ilə bağlı olsun, istər Roma statusuna uyğun çıxarılmış məhkəmə qərarı belə yaddan çıxarılıb. Artıq Putin cinayətkar kimi təqdim olunmur. Sadəcə tərəf qismində təqdim olunur. Onun işğalçılıq faktı bu gün Ukraynanın daha çox günahlandırılması fonunda itib. Az qala Ukrayna üçüncü dünya müharibəsinin günahlarına çevrilib. Belə bir formada Amerika tərəfindən elan olunmağa çalışır. Bu gün Rusiyanın hərbi əməliyyatları dayandırmaması üçün heç bir real şərait yoxdur. Əslində üç ildir gözlədiyi məqam budur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri