Icma.az
close
up
RU
AzərbaycanAvropa İttifaqı əlaqələrinin perspektivləri nə VƏD EDİR?

AzərbaycanAvropa İttifaqı əlaqələrinin perspektivləri nə VƏD EDİR?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya siyasətində baş verən dəyişikliklər enerji məsələsini böyük güclər arasındakı hesablaşmaların əsas mövzusuna çevirir. Son zamanlar Avropanın enerjiyə artan tələbatı, Rusiya qazından tam şəkildə imtina etmə və Ukraynada davam edən müharibənin yaratdığı problemlər “Qoca qitə”nin builki qış mövsümünü ağır keçirəcəyindən xəbər verir. Fransanın anti-Azərbaycan siyasəti və bəzi Qərb təşkilatlarının ölkəmizlə bağlı qərəzli sənədlər qəbul etməsi faktiki, Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığını da risk altında qoyur.
COP29 Bakı konfransında bir çox Avropa ölkələri liderlərinin iştiraka maraq göstərmədiyi fonunda enerji diplomatiyasında ciddi böhranın yaşana biləcəyini öncədən söyləmək olar. Təbii ki, ittifaqın yeni komandası sələflərinin ölkəmizə qarşı yürütdükləri qeyri-obyektiv mövqedən geri çəkilməzsə...
Çünki, Azərbaycan hər zaman verdiyi vədlərə sadiq qalır və imzaladığı sənədlərə məsuliyyətlə yanaşır. Bu baxımdan qarşı tərəfin də oxşar mövqe sərgilməsini gözləməyə mənəvi haqqımız  var.
-TAP kəmərinin ötürücülük qabiliyyətinin artırılması;
-TANAP-ın genişləndirilməsi planları;
-Avropaya nəql olunan enerji həcmini artırmaq üçün enerji mənbələrinin diversifikasiyası;
-interkonnektorların sayının artması;
-alternativ enerji dəhlizinin yaradılması
istiqamətində atılan addımlar ölkəmizin “Qoca qitə” üçün vazkeçilməz tərəfdaş olduğunun faktoloji təsdiqidir. Prezident İlham Əliyevin rəhbərliyi altında hər il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları zamanı müəyyən edilən strateji xətt rəsmi Bakının götürdüyü öhdəliklər çərçivəsində enerji missiyasını layiqincə yerinə yetirdiyini sübuta yetirir.
Ancaq Qərbin iyerarxik strukturlarında çeşidli qalaqurmalar, Avropa cəmiyyətlərində sürətlənən mənəvi deqradasiya, islamofobiya və faşizmə meyillənən siyasi partiyaların həm ayrı-ayrı ölkələrdə, həm də Avropa qurumlarında hakim mövqeləri ələ keçirmələri Qərbin enerji diplomatiyasında da dərin izlər buraxır və öncədən imzalanmış strateji sənədlərin taleyini sual altında qoyur.

Siyasi ambisiyaların iqtisadi maraqların önünə sürülməsi bəzi Qərb mərkəzlərinin beynəlxalq əməkdaşlıq üçün fundamental əsas sayılan meyarlardan uzaqlaşmasına rəvac verir.

Hazırda Avropa İttifaqı belə bir mərhələdən keçir. İttifaqın bütün strukturlarının Fransanın təsiri altında olduğu səbəbindən təşkilat çərçivəsində qəbul edilən qərarlar daha çox siyasi sifarişlərə köklənir. Azərbaycan əleyhinə Avropa Parlamentində qəbul edilən bir çox qətnamələr, Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayenin Bakı COP-unu iqnor etməsi, Fransa prezidentinin “biz Azərbaycandan qaz almırıq” anormal tezisi, Avropa maliyyə institutlarının ölkəmizin yeni enerji layihələrinə dəstəkdən boyun qaçırmaları birmənalı olaraq siyasi motivlidir.
 

Əgər bu tendensiya Avropa İttifaqına seçilən yeni komissarların fəaliyyət dönəmində də dəyişməsə, o zaman növbəti illərdə Qərbin enerji təhlükəsizliyi sistemi ilə bağlı ciddi narahatlıqlar ortaya çıxacaq.


Beləliklə, 2024-cü il dekabrın 1-dən etibarən yeni postlarda fəaliyyətə başlayan və bu fəliyyəti 2029-cu il oktyabrın 31-ə qədər davam etdirəcək ittifaq liderlərinin baxışları Avropanın gələcəyini müəyyən edəcək. Seçilən yeni tərkib Şarl Mişel və Cozep Borrel dəst-xəttinə daha aqressiv elementlərin əlavə olunacağına bəzi şübhələrə yol açır. Avropa İttifaqının xarici siyasətindən sorumlu şəxs – Estoniyanın keçmiş baş naziri Kaya Kallasın qatı antirus mövqeyində olduğunu nəzərə alsaq, onun qarşıdakı dövrdə Rusiya ilə münasibətləri səmimi tərəfdaşlıq üzərindən quran ölkələrə münasibətdə obyektivliyini qoruya biləcəyi az inandırıcı görünür.
Sadəcə, ittifaqın yeni komandasının düzgün qərarlar verməsini şərtləndirə biləcək bəzi statistik məlumatara diqqət edək.
-Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 2023-cü ildə 24 milyard 821 milyon dollar təşkil edib;
-ötən il Azərbaycandan ittifaq ölkələrinə 21 milyard 821 milyon dollar dəyərində ixrac, 3 milyard 84 min dollar dəyərində idxal əməliyyatları həyata keçirilib;
-2023-cü il qitə ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 faiz, ümumi idxalında payı isə 17,4 faiz təşkil edib;
-Azərbaycanın ən çox ticarət dövriyyəsi həyata keçirdiyi ölkələr sırasında ilk pillələrdə İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya yer alır.
Qeyd edək ki, ölkəmizin hazırda ticarət əlaqələrinin 50 faizindən çoxu məhz ittifaq üzvlərinin payına düşür. Uğurla reallaşdırılan enerji siyasəti Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantlarından biri statusuna daşıyır. Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığının ilk akkordları kimi 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu və 2011-ci ildə qüvvəyə minən Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərmək olar.
Cari il ərzində dövriyyəyə daxil edilən kontentlərdən biri məhz Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və təşkilatın üzvlərindən birinə çevrilmə perspektividir.
Xüsusilə, Qərbyönümlü hakimiyyət nümayəndələri və siyasi partiyalar Rusiya ilə əlaqələrə nöqtə qoyub Avropa şineli altına keçməyin yeganə çıxış yolu olduğunu bildirirlər. Ancaq burada ticarətin “qızıl qanunu”nu unutmaq olmaz: Ermənistan Avropa rezervuarlarına çıxış imkanı qazanmaq üçün Qərbə iqtisadi potensialını təqdim etməlidir.
 

Halbuki, qonşu respublikanın belə bir potensialı ümumiyyətlə, yoxdur. Ermənistanın 30 illik işğal dövründə məhz Azərbaycana məxsus təbii sərvətləri talamaq hesabına iqtisadi rəqəmlərlə bəzi manipulyasiyalara getdiyini faktlar da təsdiq edir. Hazırda isə məğlub ölkə daha bir çirkin oyun apararaq Avropadan gizli yollarla aldığı məhsulları Rusiyaya re-ixrac etməklə özünün yüksək iqtisadi artım tempi barədə illüziyalara qapılır. Reallıqda isə vəziyyət belədir.


-2017-ci ildə Avropa ittifaqının Ermənistanın xarici ticarətindəki payı 24,3 faiz;
-Rusiyanın payı isə 26,7 faiz təşkil edib;
-2024-cü ildə Avropa İttifaqının payı 7,2 faizə düşdüyü halda;
-Rusiyanın payı 41,1 faizə yüksəlib;
-bu ilin birinci yarısının rəqəmlərinə görə, Rusiya və Ermənistan arasında əmtəə dövriyyəsi 8,3 milyard dolları keçir;
-bu, 2023-cü ildəki rəqəmi 7,4 milyard dollar üstələyir.
 

Rusiya tərəfi həmin rəqəmi ilin sonuna qədər 14-16 milyard dollara çatdırmağı hədəfləyir. Təbii ki, burada əsas “inkişaf drayveri” rolunda Ermənistanın real iqtisadiyyatı və daxili istehsal deyil, Rusiyaya həyata keçirilən re-ixrac çıxış edir.


İrəvanın Qərbin Rusiyaya tətbiq etdiyi indiki sanksiyalar fonunda həyata keçirdiyi qanunsuz ticarət, təbii, Avropa İttifaqı ilə gücləndirməyə çalışdığı tərəfdaşlıq münasibətlərinə açıq zərbədir. Azərbaycan isə bütün platformalarda etibarlı tərəfdaş imicini qoruyub saxlayır və beynəlxalq hüquq normalarına əməl edir. Bu isə ölkəmizə olan inamı artırır və Azərbaycanın sürətlə qlobal aktorlar sırasında layiqli yerini almasına şərait yaradır.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see121

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see120

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri