Azərbaycanda 21 yeni peşə məktəbinin tikintisi nəzərdə tutulur
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Peşə təhsili infrastrukturunun genişləndirilməsi məqsədilə 21 yeni təhsil müəssisəsinin tikintisi, 2 müəssisənin isə təmiri nəzərdə tutulur.
525.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, 2022–2025-ci illərdə peşə təhsili alanların sayı 27 min nəfər olduğu halda, cari ildə bu göstərici 40 minə çatıb. Yüksək texniki peşə təhsili üzrə təhsilalanların sayının isə 8 mindən 10 minə çatdırılması hədəflənir.
Dual peşə təhsilinin inkişafına da toxunan Aparat rəhbəri 2025-ci ildə bu formatda 1700 nəfərin təhsil aldığını diqqətə çatdırıb
Mətin Kərimli peşə təhsili müəssisələrində pedaqoji və rəhbər heyətin peşəkarlığının artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, cari ildə 274 yeni müəllim işə qəbul edilib. Eyni zamanda, tədrisin məzmununun müasirləşdirilməsi istiqamətində 17 yeni təhsil proqramı hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















