Azərbaycanda 46 yaşlı qadın 55 dəfə abort etdirdi (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Sosial şəbəkələrdə ginekoloq həkimin paylaşdığı məlumat geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, qanaxma şikayəti ilə müayinəyə müraciət edən 46 yaşlı qadının tibbi tarixçəsi araşdırılarkən onun indiyədək 55 dəfə abort etdirdiyi məlum olub.
Mütəxəssis bu faktı peşə fəaliyyəti zamanı qarşılaşdığı diqqətçəkən hallardan biri kimi təqdim edib. Onun paylaşımı qısa zamanda sosial şəbəkələrdə yayılaraq müxtəlif reaksiyalar doğurub.
İzləyicilərin bir qismi bu məlumatı təəccüblə qarşılayıb, digərləri isə qadın sağlamlığı və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmənin vacibliyini vurğulayıblar.
Həkimin açıqladığı bu hadisə sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















