Icma.az
close
up
RU
Azərbaycanda 5 müəssisəyə “Halal” uyğunluq sertifikatı təqdim olunub

Azərbaycanda 5 müəssisəyə “Halal” uyğunluq sertifikatı təqdim olunub

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan 5 müəssisəyə “Halal” uyğunluq sertifikatları təqdim edib. SİA AZSTAND-a istinadən xəbər verir ki, bunlar - paxlava və dondurulmuş künəfə istehsalı üzrə “Köz Künefe 1977-den Hulusi usta” MMC, kolbasa istehsalı üzrə “M&T” LTD və “Zəhmət Ruzi” MMC, süd və süd məhsullarının istehsalı üzrə “Atena” MMC, eləcə də quş əti istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Murad Aqro” MMC-dir.

“AZSTANDART Halal” sertifikatlaşdırma orqanını Türkiyə Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) akkreditasiya edib. Akkreditasiya İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirilib.

“Halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar İnstitutun rəsmi internet səhifəsində yerləşdirilmiş https://azstand.gov.az/az/halal-sertifikat-ucun-muraciet linkinə daxil olaraq müraciət formasını tamamlayıb [email protected] ünvanına göndərə bilərlər. Daxil olan müraciət “OIC SMIIC -1:2019 Halal qidaya dair ümumi tələblər” standartı əsasında yoxlanıldıqdan sonra sahibkara aidiyyəti üzrə xidmət göstərilir. Standartın tələbinə uyğun olaraq yoxlama prosesində texniki ekspertlərlə yanaşı, İslam dini məsələləri üzrə mütəxəssis də iştirak edir.

Yekun olaraq orqanın tərkibində yaradılmış Qərarvermə Komissiyasının müvafiq qərarına əsasən beynəlxalq səviyyədə tanınan “Halal” uyğunluq sertifikatı təqdim olunur. Sertifikatın keçərlilik müddəti 3 ildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri