“Şirvan Aqro” MMC yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Şirvan Aqro” MMC-yə “Halal” uyğunluq sertifikatı verilib.
AQTİ-dən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı rayonunda fəaliyyət göstərən və iribuynuzlu heyvanların kəsimi üzrə ixtisaslaşan müəssisənin sertifikatlaşdırılması AQTİ-nin “Halal Sertifikatlaşdırma Orqanı” tərəfindən həyata keçirilib. Sertifikatlaşdırma prosesi çərçivəsində müəssisənin fəaliyyəti, heyvanların kəsimə qəbulu və kəsim prosesləri, halal tələblərinə riayət olunması, istehsalatda tətbiq edilən sanitar-gigiyenik tədbirlər, qida təhlükəsizliyinin idarə olunması, izlənilmə imkanları və müvafiq sənədləşmə sistemi qiymətləndirilib. Aparılmış qiymətləndirmələrin nəticələrinə və Sertifikatlaşdırma Komitəsinin müsbət rəyinə əsasən, müəssisənin C1 – iribuynuzlu heyvan kəsimi fəaliyyəti üzrə AZS OIC/SMIIC 1:2022 “Halal qida üçün ümumi tələblər” standartının tələblərinə uyğunluğu təsdiqlənib.
Təqdimetmə mərasimində halal sertifikatlaşdırmanın qida sektorunda şəffaflığın artırılması, istehlakçı etimadının gücləndirilməsi, müəssisələrdə beynəlxalq standartların tətbiqinin təşviqi və istehsal proseslərinin halal tələblərinə uyğun təşkil olunması baxımından əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, AQTİ 2024-cü ildən etibarən OIC/SMIIC standartları üzrə “Halal” uyğunluq sertifikatlaşdırılması xidmətlərini həyata keçirir. İnstitutun “Halal Sertifikatlaşdırma Orqanı” Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK), eləcə də Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən müvafiq fəaliyyət sahələri üzrə akkreditasiya olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















