Icma.az
close
up
RU
“HALAL” sertifikatı almış müəssisəyə mediatur təşkil olundu FOTOLAR

“HALAL” sertifikatı almış müəssisəyə mediatur təşkil olundu FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL” uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediatur təşkil olunub. 

"Unikal" xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərlə keçirilən görüşdə bildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlı AQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədə müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır. 

Eyni zamanda vurğulanıb ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Həmçinin bildirilib ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri və kateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət etmiş müəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb. 

Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanış olublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulun emalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşların yemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinə daim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiq qaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsas götürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir. Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsim alətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalı zamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır. İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur.  
Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see178

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see155

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see153

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see139

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see124

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see120

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see120

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri