Azərbaycanda 6 kq doğulan körpənin Videosu
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 6 kiloqram çəkidə körpə dünyaya gəlib.
Publika.az “Report”a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva körpənin sabah evə buraxılacağını bildirib.
Onun sözlərinə görə, hazırda körpənin vəziyyəti normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:
“Bu, ananın 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi 4 kq 600 qramlıq körpəsi də təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib”.
Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:
“Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur. Körpə sabah evə buraxılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 17 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















