Azərbaycanda 7 ayda doğulan körpələrin sayı açıqlanıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 min 954 doğulan körpə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9,2-dən 8,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1696-sı əkiz, 60-ı isə üçəm doğulub.
Cari ilin yeddi ayı ərzində ölkədə 35 min 829 ölüm halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 5,9-dan 6-ya qədər artıb.
Baxış sayı:158
Bu xəbər 17 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















