Icma.az
close
up
RU
Azərbaycanda 9 ayda 22 804 cinayət qeydə alınıb

Azərbaycanda 9 ayda 22 804 cinayət qeydə alınıb

Icma.az, Modern.az saytına istinadən bildirir.

Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Modern.az-a bu barədə DİN-dən məlumat verilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cari ilin ötən dövründə də məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Qeyd olunub ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22.804 cinayətin 90,5 faizinin açılması təmin olunub.

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, onlardan oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.

Qeyri-aşkar şəraitdə törədilənlərin, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, əzab vermələrin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmələrin, cibgirliklərin açılması tam təmin olunub.

Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.

Qanunsuz dövriyyədən 6 ton 443 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çox narkotik vasitə çıxarılıb.

Yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 nəfər və xəsarət alanların sayı 117 nəfər azalıb.
Gündəlikdəki məsələlər barədə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzəətrafı çıxışlar dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.

Nazir cinayətkarlığın bütün təzahürlərinə, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə əməliyyat-axtarış tədbirlərinin, internet informasiya resursları vasitəsilə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyinin artırılması, qanunsuz dövriyyə kanallarının vaxtında zərərsizləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyin artırılmasında, operativliyin təmin edilməsində və xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadənin, idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüskarlığın artırılmasını, bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib, eləcə də bu və digər istiqamətlər üzrə konkret tapşırıqlar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri