Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Bu il Azərbaycanda 15420 cinayət qeydə alınıb

Bu il Azərbaycanda 15420 cinayət qeydə alınıb

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu barədə Ölkə.az-a qurumun Mətbuat xidmətin məlumat verilib. 

Giriş nitqi ilə çıxış edən Baş prokuror cari ilin birinci yarımilində ölkəmizdə ictimai-siyasi, iqtisadi, hüquqi və beynəlxalq münasibətlər müstəvisində baş vermiş mühüm hadisələrə toxunaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf edən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatların və dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. May ayında Bakıda 58 mindən çox iştirakçının qatıldığı 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi də bu siyasətin uğurunu, Azərbaycanın qlobal urbanizasiya sahəsindəki fəal rolunu və etibarlı tərəfdaş nüfuzunu bir daha sübut edir.

Çıxış zamanı bildirilib ki, regionda və dünyada müşahidə olunan mürəkkəb geosiyasi gərginliklər fonunda cari ilin birinci yarımilində də ölkəmizdə iqtisadi və hazırda dünyanın aparıcı, strateji məsələlərindən biri olan enerji təhlükəsizliyi, xüsusən də, aktuallıq kəsb edən Yaşıl enerji sahələri diqqətdə saxlanılmaqla yeniliklərə imza atılmış, bu sahələrdə tərəfdaşlıq münasibətləri daha da inkişaf etdirilmişdir. 

Qeyd edilib ki, 2026-cı ilin birinci yarımilində də ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma siyasəti ardıcıl şəkildə davam etdirilib, həmin ərazilərin sosial-iqtisadi inkişafı və Böyük Qayıdış Proqramının uğurla icrası daim diqqət mərkəzində saxlanılmışdır.

Ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, hüquq qaydasının möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində görülən sistemli tədbirlərin nəticəsi olaraq, hesabat dövründə qeydə alınmış cinayətlərin sayında azalma müşahidə edilmişdir.

Daha sonra Baş prokuror prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd etmişdir.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində  15420   cinayət qeydə alınmaqla  onların  90,7 %-nin  açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi  *7893  cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da  470-i  prokurorluq orqanlarında istintaq edilmişdir. Prokurorluq orqanları tərəfindən  269,  ümumilikdə isə digər istintaq qurumları ilə birgə  5511  cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün  məhkəmələrə göndərilmişdir.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və  tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə  27 milyon 152 min manatın ödənilməsi təmin edilmiş, 3 milyon 485 min manat  məbləğində  əmlak üzərinə isə həbs  qoyulmuş və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.

Qeyd olunub ki,  “Elektron prokurorluq” informasiya sistemi hesabat dövründə daha da təkmilləşdirilmiş, aidiyyəti modulların funksionallığı məhkəməyədək icraatın elektron qaydada aparılmasına uyğunlaşdırılmış,  EPİS-də yeni modullar yaradılmış və bu sistemin inteqrasiya imkanları genişləndirilmiş, süni intellektin imkanlarından yararlanmaq məqsədilə yüksək səmərəlilik göstəricilərinə malik  bir neçə süni intellekt modeli  hazırlanaraq əməkdaşların istifadəsinə verilmişdir.

Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilmişdir. Bu çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilmiş, həmin əməlləri törətmiş vəzifəli şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə verilmişdir.

Cari ilin birinci yarımilində ötən illərdən bağlı qalmış  qeyri-aşkar şəraitdə törədilmiş   6  qəsdən adam öldürmə cinayətindən  2-nin  Baş Prokurorluğun İstintaq idarəsi,  4-nün  isə tabe rayon və şəhər prokurorluqları tərəfindən açılmasını bildirən Baş prokuror həmin cinayətlərin açılmasında prokurorluq orqanları ilə daxili işlər orqanları arasında səmərəli və koordinasiyalı fəaliyyəti xüsusi qeyd etmişdir.

Prokurorluq orqanları tərəfindən  563 apellyasiya və  155 kassasiya  protestləri verilmiş, 355 apellyasiya və 55 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmələr tərəfindən yol verilmiş hüquqi xarakterli uyğunsuzluqlar aradan qaldırılmışdır.

Hesabat dövründə Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci ildə qəbul etdiyi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın uğurla icra olunduğu, amnistiya aktının ümumilikdə 22935 şəxsə şamil edilməsinin cəza siyasətinin humanist prinsiplərinin həyata keçirilməsinə, məhkumların islah olunmasına mühüm töhfə verdiyi qeyd edilmişdir.

Təəssüf hissi ilə qeyd edilmişdir ki, Ermənistan tərəfinin apardığı  mina terroru  nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində  2 nəfər həlak olmuş,  11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430  şəxs bu terrorun qurbanı olmuş, onlardan  73  nəfəri həlak olmuş,  357  nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair  355  qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2026-cı ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar 916 inzibati xəta  haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməklə, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunub.

Qeyd edilib ki, Baş Prokurorluğun  “961 Çağrı Mərkəzi”nə  2026-cı ilin birinci yarımilində daxil olmuş  müraciətlərdən  13305-i üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib,  2576  məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.

Kollegiya iclasında qeyd olunmuşdur ki, Baş Prokurorluqda aparılmış  xidməti yoxlamalar  nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün  8  prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 6-na   töhmət və ya şiddətli töhmət elan edilmiş,  2 nəfər tutduğu vəzifədən azad olunmuşdur.

Həmçinin diqqətə çatdırılmışdır ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, nümunəvi fəaliyyətlərinə görə  110  prokurorluq işçisi  həvəsləndirilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə  30  ştat vahidi üzrə  28-ci  növbəti  müsabiqə  elan edilmişdir.

Eyni zamanda hesabat dövründə xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr daha da genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilmişdir.

Vurğulanıb ki, 2026-cı ilin birinci yarımilində də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 14 şəhər və rayonunda  400-dən artıq vətəndaşın qəbulu  həyata keçirilmişdir.

Qeyd edilənlərlə yanaşı Kollegiya iclasında həmçinin hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, müvafiq dövr ərzində xidmət zamanı, habelə görülmüş işlərə dair nəticələrin yekun təhlilləri əsasında müəyyən olunmuş nöqsan və çatışmazlıqlara münasibət bildirilmiş, onların aradan qaldırılması, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və prokuror nəzarətinin təşkili, əvvəlki illərdən bağlı qalmış cinayət hadisələrinin açılması istiqamətində aidiyyəti hüquq mühafizə orqanları ilə birgə əməliyyat və istintaq hərəkətlərinin həyata keçirilməsi, fiziki və hüquqi şəxslərə dəymiş maddi ziyanın ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə bağlı fəaliyyətin təşkili keyfiyyətinin artırılması və təkmilləşdirilməsi istiqamətində icrası zəruri olan tapşırıqlar qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

Bundan əlavə  2026-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün  Bakı şəhərində keçiriləcəyi diqqətə çatdırılmaqla tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi istiqamətində görülən işlərin intensiv qaydada davam etdirilməsi tapşırılmışdır.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, habelə Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov  hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi haqqında Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, habelə Qobustan, Xocalı rayon və Ağdam hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilmişdir.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanları və əməkdaşlarının hər zaman olduğu kimi bundan sonra da dövlətimiz və xalqımızın mənafeyi, eləcə də maraqları naminə qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə öz üzərlərinə düşən vəzifələri bütün bilik və peşə bacarıqlarını səfərbər etməklə, əzmlə və layiqincə icra edəcəklərinə, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla icrasına öz xidmətləri ilə dəstək olacaqlarına əminliyini ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see411

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see237

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see219

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see212

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see212

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see209

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see201

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see198

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see198

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see187

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see185

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see184

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see183

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see181

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see180

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see180

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see179

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see169

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see159

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri