Icma.az
close
up
RU
Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayı AZALIR

Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayı AZALIR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Hər il 1–7 avqust tarixlərində dünyada Ana Südü ilə Qidalanma Həftəsi kimi qeyd olunur. Bu təşəbbüs 1992-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu - UNICEF-in birgə qərarı ilə təsis olunub. Məqsəd, ana südünün körpə sağlamlığı üçün əvəzsiz olduğunu xatırlatmaq, ictimaiyyətdə bu vərdişin qorunmasına və təşviqinə dəstək verməkdir.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə körpələrin doğulduqdan sonrakı ilk 3 ayında ana südü ilə qidalanma göstəriciləri əvvəlki illə müqayisədə cüzi artım göstərsə də, bu artım daha çox süni qidalarla paralel şəkildə olub.
Belə ki, ilk 3 ay ərzində ana südü ilə bəslənən körpələrin ümumi sayı 81,1 min olsa daonların 54,3 mini yalnız ana südü ilə qidalanan uşaqlardır. Müqayisə üçün, 2022-ci ildə bu göstəricilər müvafiq olaraq 80,2 min və 52,2 min idi. Statistika göstərir ki, 10 il əvvəl iana südü ilə qidalanan uşaqların sayı isə 90 mindən çox olub.
Ən kəskin azalma 6 ayına qədər olan körpələr arasında müşahidə olunur. 2022-ci ildə bu yaşda olan 55,5 min uşaq ana südü ilə bəslənirdisə, 2023-cü ildə bu rəqəm 45,3 minə düşüb. Yalnız ana südü ilə qidalananların sayı isə 29,1 mindən 28 minə qədər azalıb. 
12 aylıq körpələr arasında da ana südü ilə qidalanma səviyyəsi əvvəlki illə müqayisədə nəzərəçarpacaq şəkildə aşağı düşüb. 2022-ci ildə 38,2 min uşaq ana südü ilə bəslənirdisə, 2023-cü ildə bu rəqəm 28,1 min olub. 2015-ci ildə 1 yaşında ana südü ilə qidalanan körpələrin sayı 58 min olub.
1,5 yaşa qədər olan uşaqlar arasında azalma daha da ciddidir. 2022-ci ildə bu yaşda olan 14,2 min körpə ana südü ilə qidalanırdısa, 2023-cü ildə bu göstərici cəmi 9,1 min nəfər olub. Bu isə təxminən 56 faiz azalma deməkdir.
2 yaşa qədər süd alan uşaqların sayı isə iki il ərzində 7,6 mindən 3,5 minə enib. Bu göstərici 2020-ci il üçün isə 9,3 min uşağı əhatə edib.
Qeyd edək ki, ana südü körpənin ilk 6 ay ərzində həm fiziki, həm də immun sisteminin inkişafı üçün ən təbii və ideal qida mənbəyi hesab olunur. 
ÜST və UNICEF-in tövsiyəsinə görə, körpənin doğulduğu andan etibarən ilk bir saatda ana südü ilə qidalanmağa başlaması, sonrakı aylarda isə əlavə qida ilə yanaşı ən azı 2 yaşa qədər süd vermənin davam etməsi vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri