Icma.az
close
up
RU
Azərbaycanda avtovağzallar vətəndaşlara normal xidmət göstərirmi? ARAŞDIRMA

Azərbaycanda avtovağzallar vətəndaşlara normal xidmət göstərirmi? ARAŞDIRMA

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycanda nəqliyyat sektorunun, o cümlədən sərnişindaşıma infrastrukturunun inkişafında avtovağzal və avtostansiyalar mühüm rol oynayır. Bu obyektlər vasitəsilə hər gün minlərlə sərnişin ölkənin müxtəlif şəhər və rayonlarına səfər edir. Son illər həm regionlarda, həm də işğaldan azad edilmiş ərazilərdə yeni avtovağzalların inşası, mövcud infrastrukturun modernləşdirilməsi, rəqəmsal xidmətlərin – o cümlədən onlayn bilet satışının – genişləndirilməsi bu sahədə əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bununla belə, bəzi bölgələrdə avtovağzal və yaxud avtostansiya mövcud deyil. Bu isə sərnişindaşımanın təşkil edilməsi baxımından müəyyən çətinliklər yaradır, marşrutların koordinasiyasına, sərnişinlər üçün gözləmə və xidmət şəraitinin təmin edilməsinə, bilet satışının mərkəzləşdirilməsinə və ümumi təhlükəsizlik tədbirlərinə təsir göstərir.

Ümumiyyətlə, Azərbaycanda avtovağzallar vətəndaşlara normal xidmət etməyə imkan verirmi?

Avtosfer.az xəbər verir ki, "Report" bu mövzu ilə bağlı araşdırma aparıb.

Paytaxtdakı avtovağzallar tələbatı ödəmir

Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov deyir ki, avtovağzallar xüsusi standartlar əsasında yaradılır, onlar olmadıqda, şəhərlərarası və rayonlararası daşımalar bir qədər çətinləşir: "Nəqliyyat xidmətlərinin avtovağzallar vasitəsilə həyata keçirilməsi, sərnişinlər üçün şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir və bununla bağlı məsələlər nəzərə alınmalıdır. Azərbaycanda avtovağzalların əksəriyyəti özəlləşdirilib. Bunun üçün həmin obyektlərdə mənfəət əldə etmə, rentabellik nöqteyi-nəzərdən çətinlik olduqda həmin avtovağzallara qoyulan əsaslı maliyyə vəsaiti qoyuluşu, çəkilən xərclər də azalır”.

O qeyd edib ki, hazırda paytaxt Bakıdakı avtovağzallar tələbatı ödəmir: "Hələ ki, şəhərin cənub istiqamətindəki avtovağzal tam fəaliyyət göstərmir, standartlara tam cavab vermir. Bu gün yeni avtovağzalların inşasına, fəaliyyətdə olan avtovağzalların modernləşdirilməsinə ehtiyac duyulur. Belə ki, ölkədə fəaliyyət göstərən elə avtovağzallar var ki, onlar köhnəlib və müasir tələblərə uyğun deyil. Odur ki, Azərbaycandakı avtovağzallar texniki imkan səviyyələri standartlara uyğun olmalıdır. İlk növbədə söhbət təhlükəsizlik baxımından olan standartlardan gedir”.

Avtovağzallar standartlara cavab verməlidir

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev söyləyib ki, ölkə daxili yolların vəziyyəti gün-gündən yaxşılaşır, Azərbaycanın hər bir sərhədinə avtomagistrallar var: “Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər sürətlə davam edir. Ölkənin şəhərləri arasında bu yolları əlaqələndirən son nöqtəsi məhz avtovağzal və avtostansiyalardır. Azərbaycanda avtovağzalların əksəriyyəti müstəqil fəaliyyət göstərir. Ölkədə, səhv etmirəmsə, təxminən 700 daşıyıcı var. Sərnişindaşımanın keyfiyyətinin artırılması məqsədilə avtobus parkı yenilənməli, avtovağzallar müəyyən edilmiş standartlara cavab verməlidir”.

O əlavə edib ki, bu zaman beynəlxalq təcrübədən istifadə etmək lazımdır: “Məsələn, avtovağzal ərazisində biznes subyektlərinin fəaliyyətini təşviq etmək lazımdır. Bununla avtovağzallar xərclərini qarşılaya biləcəklər. Ümumiyyətlə, avtovağzallarda qoyulan tələblərə əsasən, belə obyektlərdə gözləmə otaqlarının, ana-uşaq otağının, sanitar qovşağın və cədvəlin olması mütləqdir. Bir sözlə, sərnişindaşımaların keyfiyyətinin artırılması məqsədilə avtovağzalların və avtobusların beynəlxalq standartlara cavab verməsi istiqamətində işlər görülməlidir”.

Avtovağzalların artırılması istiqamətində işlər görülür

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, mülki növündən və tabeliyindən asılı olmayaraq, avtovağzallara və avtostansiyalara dair tələblər Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə” ilə müəyyən edilir: “Hazırda Azərbaycanda 32 avtovağzal və 15 avtostansiya fəaliyyət göstərir. Onların sayının artırılması istiqamətində işlər görülür. Regionlardakı avtovağzal və avtostansiyaların texnoloji iş prosesinə nəzarəti AYNA həyata keçirir.

Avtovağzal və avtostansiyalarda xidmət keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər görülür. Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə avtovağzal və avtostansiyalar mərhələli qaydada “biletim.az” portalına inteqrasiya olunur. Bu ilin 6 ayında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337 321 bilet əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə qədər çoxdur. Bu da onun bariz göstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır. “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet satışı sistemi bütün avtovağzalları əhatə edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Avqust 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri