Icma.az
close
up
RU
Azərbaycanda keçirilən hərbi paradlar ARAŞDIRMA

Azərbaycanda keçirilən hərbi paradlar ARAŞDIRMA

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda keçirilən hərbi paradlar ölkənin ordu gücünü və dövlətin təhlükəsizlik sahəsinə verdiyi əhəmiyyəti göstərən ən önəmli tədbirlərdən biridir.

Noyabrın 8-də Bakıdakı Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parada hazırlıq işləri davam etməkdədir.

"Cebheinfo.az” mövzunun aktuallığını nəzərə alaraq Azərbayacan keçirilən hərbi paradlara nəzər salıb.Azərbaycanın ilk mütəşəkkil hərbi paradı 1918-ci il sentyabrın 15-də Bakıda keçirilib. Parad indiki Sahil bağı ərazisində, “İstiqlal” meydanında təşkil olunub və Bakının bolşevik-daşnak işğalından azad edilməsi günü ilə üst-üstə düşüb. 

Hələ tam formalaşmamış Azərbaycan ordu birləşmələri ilə yanaşı, Qafqaz İslam Ordusunun əsgərləri də paradda iştirak edib. Təntənəli mərasimi Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və hərbi nazir Səməd bəy Mehmandarov qəbul edib.

İkinci hərbi parad 1919-cu il Novruz bayramı günü Gəncədə baş tutub. Bu dəfə paradda hərbi nazir general Səməd bəy Mehmandarov, nazir müavini general Əlağa Şıxlinski və Azərbaycanın hökumət rəsmiləri iştirak ediblər. Paradın əsas yeniliyi isə 1918-ci ildə Nuru Paşanın təşəbbüsü ilə yaradılmış Azərbaycan hərbi məktəbinin müəllim və kursantlarının nümayişi olub. 

Həmçinin qərb bölgəsinin bir neçə alayı da paradda iştirak edib. Sovet dövründə Bakıda keçirilən hərbi paradlar əsasən hərbi məktəb kursantları və ya “Qırmızı Ordu”nun Bakı qarnizonundakı birləşmələri ilə məhdudlaşıb.

1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması elan olunub. Bir il sonra, 1992-ci ilin əvvəllərində Bakı şəhərində ilk hərbi parad keçirilib. Azadlıq meydanında keçirilən paradda könüllü briqadaların şəxsi heyəti, ruslardan alınmış raket və tanklar, “BTR” və “BMP” zirehli transportyorları nümayiş olunub. Havadan isə helikopterlərdən desant endirilib. Paradı tribunada Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov qəbul edib.

2008-ci ildə 26 iyun - Silahlı Qüvvələr Günündə keçirilən parad, müasir döyüş texnikasının və ordu hazırlığının nümayiş olunduğu bir mərasim olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunan paradda silahlı qüvvələrin bütün strukturları iştirak etdi, dəniz və hava qüvvələri də dəstək göstərib. 

Müdafiə, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Sərhəd və Daxili Qoşunlar barədə Ali Baş Komandana müdafiə naziri general-polkovnik Səfər Əbiyev məruzə edib. Bu parad zamanı tanklar, zirehli maşınlar və artilleriya bölmələri sərgilənib. Həmçinin, müxtəlif hərbi akademiyaların kursantları da yürüşdə iştirak edərək peşəkarlıq və intizamını göstərib.

2011-ci il paradı Azərbaycanın hərbi potensialını göstərmək üçün daha geniş miqyasda təşkil edilib. İyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, deputatlar, xarici səfirlər, beynəlxalq təşkilatların nümayəndələri tədbirdə iştirak edib. Parad zamanı silahlı qüvvələrin bütün qoşun növləri, hərbi birlik və birləşmələri, həmçinin hərbi tədris müəssisələri və digər birləşmələrdən təxminən 6 min nəfərlik şəxsi heyət iştirak edib. 

Tədbirdə 400-ə yaxın hərbi texnika və silah sistemi nümayiş olunub, onlardan 50-dək modernləşdirilmiş texnika, 60-dan çox yerli istehsal və modernləşdirilmiş silah, eləcə də döyüş helikopterləri, təyyarələr, gəmilər və qayıqlar təqdim edilib.

Bakıda növbəti hərbi parad 26 iyun 2013-cü ildə keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən paradda silahlı qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və helikopter, 40-dək gəmi iştirak edib.
2018-ci ildə Bakıda iki mühüm hərbi parad keçirilib. Bu paraddar həm Azərbaycan Ordusunun gücü nümayiş etdirilib, həm də tarixi hadisələrə ehtiram göstərilib.

2018-ci ildə ilk parad 26 iyunda baş tutub və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunub. Bu parad ölkənin hərbi quruculuqda keçdiyi yol və müasir hərbi imkanlarını göstərən əlamətdar tədbir kimi yadda qalıb.

2018-ci ildə ikinci parad isə 15 sentyabrda - Bakının bolşevik–daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə təşkil edilib. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Tədbir iki qardaş ölkə arasında tarixi dostluq və müttəfiqlik münasibətlərinin daha bir göstəricisi olub.

İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra 2020-ci il dekabrın 10-da Bakıda Zəfər paradı keçirilib. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaq qismində iştirak edib. “Dəmir yumruq” əməliyyatına həsr olunmuş paradın komandanı müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev olub.

Təntənəli tədbirdə 3 min nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, yeni qəbul edilmiş müasir silahlar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi gəmi və katerlər nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı ələ keçirilmiş düşmən hərbi texnikasının bir qismi də təqdim edilib.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.
Növbəti parad noyabrın 8-də Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri