Icma.az
close
up
RU
Azərbaycanda bağça çatışmazlığı: “Normativ tələblər çox yüksəkdi”

Azərbaycanda bağça çatışmazlığı: “Normativ tələblər çox yüksəkdi”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər uşaq bağçalarında yerlərin çatışmaması ilə bağlı valideynlərin narazılıqları artıb.

Xüsusilə paytaxt və böyük şəhərlərdə valideynlər övladlarını bağçaya yerləşdirməkdə ciddi çətinlik çəkirlər. Bu çətinliklərin ən başlıcası isə bağçalarda yer çatışmazlığıdır.

Yer qıtlığı əsasən bağçalardakı sıxlıqdan qaynaqlanır. Sıxlığın yaranma səbəbi kimi uşaq sayının çox, bağça sayının isə kifayət qədər olmaması göstərilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda ölkə ərazisində 1 669 dövlət, 177 – özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Dövlət bağçalarının tutumu təxminən 119 min nəfərlikdir. Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi tarixdən indiyədək 18 yeni bağça istifadəyə verilib. Mövcud müəssisələrin 334-ü Bakıda fəaliyyət göstərir, digərləri regionların payına düşür.

Bağçalarda yerlərin məhdud olması səbəbindən bir çox ailə növbə gözləməli olur və ya özəl müəssisələrə yönəlməyə məcbur qalır. Hazırkı bağçaların sayı və tutumu uşaqların sayına yetmir. Bu da valideynləri narahat edən əsas məsələlərdən birinə çevrilib.

Bəs niyə paytaxda baxçaların sayı artırılmır? Baxçalarda yer çatışmazlığı həlli yolunu necə tapacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, hazırkı mövzud vəziyyətdə hər 4 yaşlı uşağın yalnız biri bağçaya getmək hüququna malikdir:

“Uşaq bağçaları ilə bağlı problem ildən-ilə artmaqdadır. Təhsilin elə sahələri var ki, orada yalnız keyfiyyətlə bağlı problemlər mövcuddur. Amma bağçalarla bağlı vəziyyət həm kəmiyyət, həm də keyfiyyət məsələlərinə bölünür.

Yəni burada kəmiyyət baxımından da ciddi problemlər var. Bu gün hər 4 yaşlı uşağın yalnız biri bağçaya getmək hüququna malikdir. Məsələn, bir ərazidə 100 uşaq bağçaya getməlidirsə, onlardan yalnız 25-i bu imkandan yararlana bilir. Çünki yer yoxdur.

Bağça sayının azlığı, bəzilərində şəraitin kifayət qədər olmaması və müəyyən normalardan kənara çıxa bilməmələri azyaşlıların bağçaya gedə bilməməsinə səbəb olur. Məktəbəqədər təhsil müəssisələri bəzi normativlərə cavab verməlidir. Orada çox sıxlıq yaratmaq olmaz. Bağçalarda yaş qruplarına görə uşaq sayı limiti var. Həmin say limitini keçmək isə pedaqoji qaydalara tamamilə ziddir”.

Onun sözlərinə görə, özəl bağçaların sayında da ciddi artım olmalıdır:

“Burada gözlə görünən və görünməyən məsələlər var. Bu gün bizdə bağçaların sayı artmalıdır. Xüsusilə Bakı, Abşeron və Sumqayıt ərazilərində, eləcə də regionlarımızda bu say kifayət etmir. Elə Regional Təhsil İdarəsi var ki, onun tabeliyində cəmi 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ən azı beş rayonun ümumilikdə cəmi 6 bağçası var. Axı niyə belə olmalıdır?

Hazırda regionlarda bağça sayının artırılmasına ciddi ehtiyac var. Dövlət bağçalarını bir kənara qoysaq, özəl bağçaların sayında da ciddi artım olmalıdır. Məndə olan məlumata görə, bizdə özəl bağçaların sayı heç 140-a çatmır.

Düzdür, bəzilərinin filialları var bu, öz yerində. Amma burada söhbət lisenziya alan müəssisələrdən gedir. Elə bağçalar da var ki, lisenziya almadan fəaliyyət göstərir”.

Ekspert qeyd edib ki, baxçalarla bağlı normativ tələblər çox yüksəkdi:

“Bəzən müəyyən yaşayış komplekslərinin həyətində baxçalar açılır və hərəsi də bir maraqlı ad qoyur: biri "Qoğal", biri "Şəkərbura", digəri "Günəş" və s. Amma onların bir çoxunun nə lisenziyası var, nə də peşəkar bağça statusuna uyğun fəaliyyəti.

Bəziləri sadəcə körpə uşaqların saxlandığı yer kimi çalışır. Onların peşəkar məktəbəqədər təhsil müəssisəsi statusu almalarına isə şübhə ilə yanaşıram, çünki normativ tələblər çox yüksəkdir. Məsələn, hər bağçanın 30 sota yaxın həyətyanı sahəsi olmalıdır. 

Mənə elə gəlir ki, özəl məktəbəqədər təhsil müəssisələri üçün lisenziya tələbləri bir qədər yumşaldılmalıdır. Onlarla bağlı müəyyən stimullaşdırıcı addımlar atılmalıdır ki, heç olmasa özəl bağçaların sayı artsın və onlar dövlət bağçalarındakı sıxlığı, müraciət sayını azalda bilsinlər”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: bağça Elmin Nuri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri