Icma.az
close
up
RU
Azərbaycanda hüquqşünas çatışmazlığı YARANIB

Azərbaycanda hüquqşünas çatışmazlığı YARANIB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Məhkəmə-Hüquq Şurası ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı və yaranmış zərurəti nəzərə alaraq birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtlərini yenidən araşdırıb.

Aparılan dəyişikliklərə əsasən, vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsinə Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da əlavə edilib.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, məhkəmə iclas katibi vəzifəsinə yalnız Hüquqşünaslıq ixtisası üzrə ali təhsili olan şəxslər qəbul edilirdi.

Modern.az-a açıqlamasında  “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının Katibliyi təkcə ümumi qərarların texniki icrasını həyata keçirən qurum deyil:

“Bu struktur həm də məhkəmə sisteminin ümumi idarə olunması proseslərinin monitorinqi, analitikası və idarəetmə üzrə təkliflərin hazırlanmasını əlaqələndirir. Buna görə də Katiblikdə çalışanların profili yalnız hüquqşünas səviyyəsi ilə məhdudlaşmır. Burada söhbət hüquqi biliklərin tam arxa plana keçirilməsindən getmir. Sadəcə Katibliyin fəaliyyət istiqamətlərinin bir qismi daha çox təşkilati-idarəetmə təcrübəsi, rəqəmsal sistemlərlə işləmək və kommunikasiya bacarıqları tələb edir. Bu funksiyaların bəzilərində hüquq təhsili üstünlük sayılsa da, məcburi şərt kimi qoyulmur”.

Ə.Nuriyev nəzərə çatdırıb ki, bu yanaşmanın formalaşmasının əsas səbəbi məhkəmə idarəçiliyinin artıq çoxprofilli sahəyə çevrilməsidir:

“Müasir məhkəmə sistemində idarəetmə, analitika, monitorinq, informasiya sistemləri, proseslərin optimallaşdırılması kimi istiqamətlər geniş yer tutur. Bu sahələrdə müxtəlif ixtisaslardan olan mütəxəssislərin cəlb olunması faydalıdır. Hüquqi qiymətləndirmə, hakimlərin fəaliyyətinin təhlili və digər sırf hüquqi xarakterli işlər hüquqşünaslara həvalə olunmaqda davam edir. Lakin təşkilati və analitik funksiyaların müəyyən hissəsi digər ixtisas sahibləri tərəfindən də icra oluna bilər. Bu isə hüquqşünasların yükünü yüngülləşdirməklə onların əsas hüquqi məzmunlu işlərə daha çox vaxt ayırmasına imkan yaradır”.

Hüquqşünasın sözlərinə görə, hüquqşünas kadrların çatışmazlığı da bu prosesə dolayı təsir göstərir:

“Son illər məhkəmə aparatlarında həm hakim köməkçiləri, həm məhkəmə icraçı katibləri, həm də icra xidmətlərində hüquqşünaslara tələbat artıb. Bu isə kadr siyasətində çevik yanaşmanı zəruri edir. Lakin bu, hüquqi qərarvermə funksiyalarının qeyri-hüquqşünaslara verilməsi demək deyil. Beynəlxalq təcrübə də bunu təsdiqləyir: Avropa ölkələrində məhkəmə administrasiyaları hüquqşünaslarla yanaşı, idarəetmə mütəxəssisləri, İT sahəsi üzrə çalışanlar, kontent və kommunikasiya üzrə əməkdaşlardan formalaşır. Bu model məhkəmə xidmətlərinin daha peşəkar və müasir şəkildə təşkilinə xidmət edir”.

Müsahibimiz onu da əlavə edib ki, burada məqsəd hüquqşünasların rolunu azaltmaq deyil:

“Əksinə, hüquqi qərarvermə və hüquqi məsələlərin tam şəkildə müvafiq mütəxəssislərin səlahiyyətində qalması təmin edilir. Katiblikdə isə müxtəlif funksiyalar ixtisas müxtəlifliyi olan komanda tərəfindən yerinə yetirilir. Sözügedən yanaşma həm çevik idarəetmə mexanizmlərinin formalaşmasına, eləcə də məhkəmə sisteminin müasir standartlara uyğunlaşmasına şərait yaradır.

Dövlət qulluğuna qəbul imtahanlarının müsahibə mərhələsində müstəqil ekspert kimi iştirakımız zamanı da müşahidə etmişik ki, məhkəmələrdə çoxsaylı vakansiyalar yaradılır. Məsələn, məhkəmə icraçı katibi vəzifəsi daha çox texniki funksiyalar yerinə yetirir və bu iş üçün mütləq şəkildə hüquq təhsili tələb olunmur. Digər peşə sahibləri də bu funksiyanı effektiv şəkildə icra edə bilərlər. Bu baxımdan strukturun genişləndirilməsi həmin vakansiyalara daha geniş kadr kütləsinin cəlb olunmasına şərait yaradır və müxtəlif sahələr üzrə bacarıqlı mütəxəssislərin prosesə qoşulmasına imkan verir”.

Əliməmməd Nuriyev yekun olaraq vurğulayıb ki, bu istiqamətdə aparılan dəyişikliklər zəruridir:

“Dünyada gedən prosesləri izləmək, beynəlxalq təcrübəni araşdırıb təhlil etmək vacibdir. Eyni zamanda dəyişən şərtlər fonunda kompleks biliklərə malik olmaq da xüsusi əhəmiyyət kəsb edir. Artıq təkcə bir sahənin mütəxəssisi olmaq kifayət etmir. Qərarvermə prosesləri tək hüquqi biliklərlə məhdudlaşmır, data analitika və monitorinq kimi sahələrdən də geniş istifadəni tələb edir”,- deyə o fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri