Azərbaycanda bağçadan naməlum əşya AŞKARLANDI
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.
İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Baxış sayı:166
Bu xəbər 12 May 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















