Icma.az
close
up
RU
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? KONKRET

Azərbaycanda baş verən qəribə hadisədə İran izi? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, İranın Əfqanıstandakı səfirliyinə aid sosial şəbəkə hesabında paylaşılıb qısa müddət sonra silinən bir məlumat bölgədə geniş müzakirələrlə nəticələnib. İddiaya görə, İslam Respublikasının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində yerləşən AN/TPY-2 radar bazasına raket zərbəsi endirməsindən sonra İran və İraqda uzun sürən quraqlıq qəfil dayanıb və güclü yağışlar başlayıb.

Bildirilib ki, vurulduğu deyilən baza yalnız raketləri izləməyib, eyni zamanda hava şəraitinə təsir göstərən texnologiyalara malik olub. Türkiyə və Azərbaycanda bir neçə gün öncə müşahidə olunan intensiv yağıntılar, Kür çayında suyun səviyyəsinin normadan artıq artması bu iddianı yenidən gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bu, kainatın dövrlük qanununa uyğun olaraq, hər 40-50 ildə baş verən təbii prosesdir.

Ekspert qeyd edib ki, uzun müddət idi ki, cənubi-qərbi Avrasiyada – Aralıq dənizi sahillərindən İran, İraq, Əfqanıstana doğru olan ərazilərdə quraqlıq yaşanırdı:

“Səbəbi isə Atlantik okeanındakı Qolfstrim cərəyanının Azor adalarından ayrılaraq Aralıq dənizinə tərəf bir qol şəklində bizim ərazilərə gələn yağıntıların 80%-ni təşkil edən rütubətli hava axınları yaratmasıdır. Hazırda Avropada və cənub-qərbi Asiyada 30-40 il çəkən quraqlıqdan sonra bizim ərazilərdə yağıntılı dövr başlamaqdadır. Artıq Azərbaycan ərazisində uzun müddət quraq keçən ərazilərdə normadan 40% artıq yağıntılar yağmağa başlayıb.

Hazırda bu antisiklonun təsiri nəticəsində əvvəllər xeyli az olan rütubətli hava kütlələri bu ildən başlayaraq olduqca kəskin və ciddi şəkildə rütubət gətirə bilən hava axınlarına çevrilmişdir. Bu hava kütlələri Aralıq dənizi sahillərindən İrana qədər olan ərazilərdə güclü yağıntılara səbəb olmuşdur”.

Ə.Əliyev qeyd edib ki, bundan əvvəlki quraqlıq illərində, konkret olaraq 70-ci illərdə havalar əvvəlki dövrdəkinə nisbətən daha quraq keçirdi. O, hazırda həmin prosesin davam etdiyini və quraqlıqdan sonra yağıntılı dövrün başlayacağını deyib:

“Hazırda bir neçə il öncə başlamış Xəzər hövzəsinə yağan yağıntıların artımı təbii qanunlarla nizamlansa müəyyən qədər qalxmalar hiss olunacaq. Təbiətin dövrlük qanunu özünü göstərsə, təxminən bir neçə on ilə Xəzər dənizinin əvvəlki səviyyəsinin bərpasına şahidlik edə bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2026 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri